Gey olmaq harada qanunsuzdur?

Gay Fotonun müəllifi Getty

Milyonlarla insan eynicinslilər arasında seksual əlaqələrin qanuna zidd sayıldığı, geylərin məhkəməyə verildiyi yerlərdə yaşayır.

5 ölkədə və daha 2 ölkənin bəzi bölgələrində homoseksuallığa görə ölüm cəzası kəsilib, digər yerlərdə həbs cəzası və ya cərimələr tətbiq olunur.

Hətta homoseksuallığa qanunvericiliyin icazə verildiyi ölkələrdə belə eyni cinsdən olanların seksual əlaqələrinə münasibət, misal üçün geylərin yaş həddi baxımından fərqlidir.

Soçi Olimpiadasına ev sahibliyi edən Rusiyada ötən il 18 yaşına çatmamış şəxslər arasında ʺqeyri-ənənəviʺ seksuallığın təbliğatını qadağan edən qanun qəbul olunub.

Gey olmaq harada qeyri-qanuni sayılır? Hansı ölkələr təkcinsli nikahlara icazə verir? Bu suallara cavabı xəritədə tampaq olar.

Qeyd: Xəritə BMT-ə üzv ölkələrdə yaşayan gey insanların hüquqi statusunu göstərir. Ölkə ziddiyət təşkil edən 2 kateqoriyaya düşən zaman bu hal xəritə təsvirində və bəzi hallarda müvafiq mətndə öz əksini tapır. Xəritədə eyni cinsli cütlüklərin yalnız hüquqi statusu əks olunur, onların gündəlik təcrübəsi əks olunmur. Diskriminasiya əleyhinə qanunvericiliyin mövcud olduğu bir sıra ölkələrdə geylər dövlət rəsmiləri və cəmiyyət tərəfindən təqib olunmaqdadır.

Mənbə: BMT İnsan Haqları Ali Komissarlığı və Beynəlxalq LGBT Assosiyası

Gey olmağın kriminalsızlaşdırılması

Son 200 il ərzində artan sayda ölkələr eynicinsli seksual əlaqələri kriminalsızlaşdırır. 1789-cu il Fransa İnqilabından əvvəlki kriminallaşdırma dövründən sonra belə əlaqələrin kriminalsızlaşdırılması, xüsusən 1960-1970-ci illərdə vüsət alıb.

Lakin bəzi ölkələr bu cür əlaqələrə görə cəzaları sərtləşdirməkdədir. Ötən il, Hindistanda geylər arasında cinsi əlaqələri cinayət kimi qiymətləndirən 153 il bundan əvvəl müstəmləkə dövründə qüvvədə olmuş qanunvericilik yenidən tətbiq edilməyə başlanıb.

Ötən ilin iyun ayında Olimpiadanı qəbul edən Rusiya ziddiyyətli qanun qəbul edib. Həmin qanuna görə homoseksuallıq haqqında 18 yaşına çatmayan şəxslərin məlumatlandırılması cərimələr yolu ilə cəzalandırılır.

Homoseksuallığın hüquqi statusu: 1789-2014

1789-cu ildə homoseksuallıq 126 ölkədə qanunsuz idi.

*Çeçen Respublikası istisna olmaqla

Qeyd: Keçmiş müstəmləkələrin adı imkan olan dərəcədə müasir variantda göstərilib.

Mənbə: BMT İnsan Haqları Ali Komissarlığı və Beynəlxalq LQBT Assosiyası