Yanukoviç və daha 17 şəxsə sanksiya tətbiq olunur

Fotonun müəllifi Reuters
Image caption Viktor Yanukoviç və oğlu Aİ sanksiyalarının tətbiq ediləcəyi şəxslər sırasındadır.

Avropa İttifaqı Ukrayna büdcəsini mənimsəmək və insan haqlarını pozmaqda ittiham edilən 18 ukraynalı siyasətçi barəsində iqtisadi sanksiyaların tətbiqi barədə qərarını açıqlayıb.

Sanksiyalar ilk növbədə, devrilmiş prezident Viktor Yanukoviç və onun tərəfdarları, sabiq baş nazir Nikolay Azarov, sabiq daxili işlər naziri Vitali Zaxarçenko, sabiq ədliyyə naziri Yelena Lukaş aid olacaq. Həmçinin Yanukoviçin oğlu da sanksiya tətbiq ediləcək şəxslər sırasındadır.

Bundan əvvəl, Böyük Britaniya, Avstriya, İsveçrə və Lixtenşteyn ukraynalı diplomatların bank hesablarını dondurub.

Fevralın 21-də ABŞ və Aİ bəyan edib ki, Kiyevdə Maydan hadisələri zamanı qanlı hadisələrə görə məsuliyyətli sayılan şəxslərə qarşı sanksiyalar ətrafında hazırlıq gedir.

Sanksiylara əsasən, onların hesablarını dondurmaq və viza verməmək təklif edilirdi.

Bu barədə daha geniş