#BBCAzeriTrending: Prezidentə paxıllıq

Jose Mujica, Mariano Rajoy Fotonun müəllifi BBC World Service
Image caption İspanlar Uruqvay prezidenti Jose Mujica-nı İspaniyanın Baş nazir Mariano Rajoy-a müqayisə edirlər

İspaniyada camaat prezidentə qibtə edir - amma özününkünə yox.

Twitterdə siyasətçilərə dəstəyi nadir hallarda görmək olar. Amma İspaniyada birdən birə Uruqvay prezidenti Jose Mujica-ya ehtiram göstərməyə başlayıblar.

100 000-dən çox tweet #UnPresidenteDiferente - yəni, "başqa prezident" həştəqilə onu İspaniyanın Baş naziri Mariano Rajoy ilə müqayisə edib.

Uruqvay prezidenti köhnə maşın sürdüyünə, sadə həyat tərzinə və maaşının böyük hissəsini xeyriyyəçi təşkilatlara verdiyinə görə dünyanın "ən yoxsul prezidenti" adını da qazanıb.

Beləliklə bazar günü cənab Mujica solçu ispan telekanalına müsahibə verəndən sonra ispanlar Twitterdə iki lideri müqayisə etməyə başlayıblar.

Proqramın aparıcısı, bir milyondan çox Twitter təqibçisi olan Jordi Evole #UnPresidenteDiferente həştəqini "trending" (ən populyar həştəqlər) siyahısına salmaq üçün əlindən gələni etdi. Amma bundan sonra bu mövzu öz yolu ilə gedib.

"Sadə, səmimi, şərəfli. Həmin sözləri neçə ispan siyasətçi barədə demək olar?" bir çox tweet bu tonda olub. "İnanılmazdır ki, bizdən "az" inkişaf etmiş ölkənin bizimkilərdən daha işgüzar və əqidəli siyasətçiləri var", digəri belə yazıb.

Bəzi istifadəçilər iki liderin şəkillərini paylaşıb cənab Rajoy-un nisbətən az təvazökar həyat tərzindən şikayət edib.

Təbii ki, Twitter heç də həmişə ictimai rəyləri dəqiq təqdim etmir. Amma bu şəbəkədə gedən söhbətlər bəzilərinin siyasətə maraqsız və ya qəzəblə baxdığını göstərir. Sorğulara əsasən də həm baş nazirin Xalq Partiyasına (PP), həm də Sosialistlərə dəstək azalmaqdadır.

Bu barədə daha geniş