Çin Malayziyaya iki panda göndərir

Fotonun müəllifi afp

Çin regional gərginliyi azaltmaq məqsədilə Malayziyaya iki panda göndərib.

8 yaşlı pandalar 1.6 ha əraziyə malik havalandırma sistemli milli zooparkda yerləşdiriləcək.

Çin Malayziya ilə diplomatik əlaqələrin 40 illiyini qeyd etmək çünü panda göndərməyə razılıq vermişdi.

Lakin qeyb olan MH370 təyyarəsinin axtarışları zamanı yaranan gərginliyə pandaları göndərmirdi. Çünki təyyarə sərnişinlərinin böyük hissəsi çinli idi.

Çin tez-tez "panda diplomatiyası"ndan münasibətləri gücləndirmək üçün istifadə edir, bundan əvvəl ABŞ, Sinqapur və Yaponiyaya panda göndərilib.

Malayziyada pandalar bir ay karantində qaldıqdan sonra xalqa göstəriləcək.

Bu barədə daha geniş