25 milyon il əvvəl yaşamış iri quşun qalıqları tapılıb

Fotonun müəllifi LIZ BRADFORD

30 il əvvəl tapılan daşlaşmış qalıqları araşdıran Amerika alimləri qalıqların dünyada ən böyük quşa aid olması nəticəsinə gəlib.

Nəhəng quşun qanadları 6 metrdən 7.5 metrə qədər uzanıbmış, bu isə, lələklilərin ən irisi hesab edilən albatrosdan da 2 dəfə böyükdür.

Quşun kompüterləşdirilmiş modeli göstərib ki, qədim quş 25 milyon il əvvəl dünyada mövcud olub, lakin güman ki, ağır çəkisi ona uçmaqda və yerə enməkdə çətinlik törədirmiş.

Alimlər quşu Pelagornis sandersi adlandırıb.