Şəkillər: Şimal parıltısının işıq şousu

Koreyalı fotoqraf O Chul Kwon Kanadanın Yellowknife bölgəsində yerləşən Aurora Village məntəqəsində şimal qütb parıltısının ecazkar görüntülərini çəkib.

Şimal parıltısı. O Chul Kwon / Caters News Agency
Şəklin alt yazısı,

Koreyalı fotoqraf O Chul Kwon Kanadanın Yellowknife bölgəsində yerləşən Aurora Village məntəqəsində şimal qütb parıltısının ecazkar görüntülərini lentə köçürüb.

Şəklin alt yazısı,

Hər il minlərlə turist bu heyranedici mənzərənin şahidi olmaq üçün Kanadaya gəlir.

Şəklin alt yazısı,

Turistlərin çoxu üçün bu mənzərənin şahidi olmaq imkanı yalnız bircə dəfə nəsib olub. Şimal parıltısına tamaşa edilməsinin ən əlverişli yeri eskimosların çadır evlərinin qurulduğu ərazi sayılır.

Şəklin alt yazısı,

Şimal qütb parıltısı Günəşin böyük sayda püskürdüyü yüklənmiş elementar hissəciklərin Günəş maqnit sahəsində sürətlənməsi nəticəsində yaranır. Yer kürəsinin maqnit sahəsi boyu hərəkət edən həmin hissəciklərin oksigen və nitrogenlə reaksiyaya girməsi nəticəsində heyrətamiz qırmızı, yaşıl və bənövşəyi işıq palitrası yaranır.

Şəklin alt yazısı,

"Şimal parıltısı mənzərəsinin yaranmasında havanın rolu mühümdür. Mənim proqnozlarım həmişə düz çıxıb, odur kı kameramı davamlı çəkiliş rejiminə kökləyib işə başlayıram" Kwon deyir.

Şəklin alt yazısı,

"Ən maraqlısı odur kı, Şimal parıltısı daimidir, ilin 365 günü və günün 24 saatı fasiləsiz parıldayır. Sadəcə gündüz cağı və hava pis olanda onu görmək olmur."

Şəklin alt yazısı,

Seulda yaşayan koreyalı fotoqraf Kwon 24 ildir ki, Şimal qütb parıltısı görüntülərini fotolentə almaqla məşquldur.