Kiyev Rusiya qazının Avropaya nəqlini qadağan etməyə "hazırdır"

Arseniy Yatsenyuk

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Arseni Yatsenyuk deyir ki, sanksiyaların arasında bütün tranzit növlərinin qadağanı da nəzərdən keçirilir

Ukrayna Rusiyaya qarşı enerji daşıyıcılarının nəqli və aviauçuşların qadağanı da daxil olmaqla sanksiyalar hazırlayır. Bu barədə məlumatı ölkənin baş naziri Arseni Yatsenyuk verib.

"Sanksiyaların tətbiqi məqsədilə Ukraynanın nazirlər kabineti sanksiyalar haqqında qanun layihəsini qəbul edib, - deyib baş nazir – bu ölkəmizin tarixində dövlətimizə qarşı cinayət törədən subyektlərə qarşı ilk belə sanksiyalardır. Qanuna müvafiq olaraq Ukrayna sanksiyaların 26 növünü tətbiq edə bilər”.

Baş nazir Rusiyaya qarşı sanksiyaların tətbiq olunması nəticəsində ölkənin itkilərinin ildə 7 milyard dollar ola biləcəyini söyləyib.

O əlavə edib ki, sanksiyaların arasında “aviauçuşlar və ehtiyatların tranziti” də daxil olmaqla bütün tranzit növlərinin qadağanı da nəzərdən keçirilir.