Nəzər nöqtəsi: İslam Dövləti niyə davam gətirməyəcək?

İD Fotonun müəllifi BBC World Service
Image caption İD İraqda son zamanlar əvvəl qazandığı ərazilərin bir qismini itirib.

İslam Dövləti təşlilatının İraqa hücumları, baş kəsilməsi videoları, İD-in öhdəsindən gəlmək üçün aparıcı dövlətlərin işə qarışması, təbii ki, insanlar arasında bu qurumla bağlı narahatlıq hissini gücləndirib.

Bu amillər İD təhlükəsinin həddən artıq şişirdilməsinə şərait yaradıb.

Əslində isə vəziyyət güman edildiyi dərəcədə də ağır deyil.

İD hərbi cəhətdən təssəvvür edildiyindən zəif olmaqla yanaşı, ideoloji müstəvidə də ölümcül ola bilən zərbə alıb.

İD, əl-Qaidədən fərqli olaraq, indiyədək Qərbə qarşı birbaşa hücumlar həyata keçirməyib.

Əl-Qaidə kimi bir təşkilat ABŞ dron hücumları nəticəsində mürəkkəb əməliyyatlar keçirən zəhmli qurumdan, köhnəlmiş internet təbliğatı ilə məşğul olan bir qrupa çevirib.

Hakimiyyət davası

Ən əvvəldən İD əl-Qaidə ilə müttəfiqlik edib.

Suriyada əl-Qaidə müttəfiqləri də daxil digər üsyançı qruplara qarşı İD-in amansızlığı bu qurumun zəhmini gücləndirsə də, İD-in hətta müttəfiqlərilə də yola getmədiyini, bu qrupda hökm sürən totalitarlığı aşkar etdi.

İraqda İD əl-Qaidənin əldə edə bilmədiyini bacara bilib: əraziləri ələ keçirib və "dövlət" adlandırdığı bir qurum yaradıb.

Fotonun müəllifi BBC World Service

Əl-Qaidənin verdiyi vədlərini yerinə yetirə bilməməsi İD üçün fürsət yaratmış oldu.

Qrup komandanının özünü xəlifə elan etməsi əl-Qaidə, Taliban və digər cihadçı qruplar tərəfindən təhqir kimi qəbul edildi, çünki onlar öz rəhbərlərini daha istedadlı və qabiliyyətli xadim sayırlar.

Beləliklə, İD əl-Qaidə ideoloji xəttinin yekun ünvanını aşkar etmiş oldu: əl-Qaidənin taktikası zorakılıqırsa, İD gücünü əraziləri ələ keçirməklə artırımağa çalışır.

İki qrup arasında dava hakimiyyət davasıdır.

Hakimiyyət hərisliyi bu təşkilatlarda əqidə ilə din arasında onsuz da nazilmiş tellərin qırılmasına gətirib.

Hakimiyyət uğrunda qan tökülməsi İslam dəyərlərinə bu təşkilatların sadiqliyini şübhə altına aldı.

Zorakı üsullarla ərazilər ələ keçirərək dini "rəhbərliyə" can atmaq İslamın vahid Ümmət və qardaşlıq müddəaları ilə bir araya gəlmir.

Vəziyyət dəyişir

İD-in ərazi qazanclarını bu qurumun gücündən daha çox İraq ordusunun gücsüzlüyü və acizliyilə izah etmək daha düzgün olardı.

Bu qurumun "şiə-fobiyası" rəsmi Bağdadla düşmənçilik aparan sünni tayfalar və keçmiş Baasistlər üçün bir "tapıntı" oldu.

İD 3 aydır kı Bağdadı tutacağını deyir, lakin buna nail ola bilməyib, əksinə, son zamanlar ələ keçirdiyi ərazilərin bir qismini itirib.

Bir neçə həftə bundan əvvəl ABŞ hava zərbələri və Kürd peşmərgələrinin hücumu nəticəsində İD strateji əhəmiyyətə malik Mosul bəndindən çəkilməli oldu.

ABŞ-ın hava zərbələrini dayandırmaq üçün, İD 48 saatdan sonra James Foley-nin başını kəsdi.

Bundan sonra ABŞ Baş Komandanı cavab vermək məcburiyyəti qarşısında qaldı.

ABŞ vətəndaşlarının qanını tökməklə İD rəhbərliyi, əl-Qaidə rəhbərliyi kimi öz ölüm hökmünə imza atmış oldu.

Mülki amil

Sentyabrın 10-da, prezident Barack Obama ABŞ-ın İD-nin "axırına çıxmaq" strategiyasını açıqladı.

İD-in məhv edilməsi asan iş olmasa da, son nəticədə qaçılmazdır.

Fotonun müəllifi BBC World Service
Image caption İD-i məğlub etmək üçün ABŞ hava zərbələrindən istifadə edir.

Qurudan və havadan zərbələrə məruz qaldıqda, İD döyüşçüləri çox güman ki, şəhərlərə çəkiləcək, orada isə hərbi əməliyyatlar mülkilər arasında itkilərə gətirə bilər.

Bu səbəbdən hava və quru qüvvələrin təmkin nümayiş etdirməsi vacibdir. Əks halda mülki əhali arasında tələfat yalnız ekstermistlərə əl verəcək.

Eyni zamanda Suriyada Əsəd rejiminə müxalifətdə duran qüvvələri gücləndirmək qərarı İD-nin məhv edilməsi işini uzandıra bilər.

ABŞ tələblərinə cəmi bir neçə belə qrup uyğundur, qalanları isə hakimiyyət uğrunda öz aralarında və İraq hökümətilə mübarizəni davam etdirəcək.

Bunun ardınca yaranan hərc-mərclikdən İD yalnız yararlana bilər.

Əl-Qaidə ilə olduğu kimi hərbi əməliyyatlar İD təhlükəsinin qarşısını alacaq, lakin ideologiyasını məhv etməyəcək.

Ərazilərin itirilməsi, rəhbərliyin məhv edilməsi və amansız daxili didişmə isə bu qurumun tərəfdarllarını ruhdan salacaq.

Nəticədə, "xilafətin" güya "ilahi dəstəyə malik olması" iddialarına şiddəli zərbə vurulacaq, müasir cihadçıların "hədsiz zorakılıq hesabına siyasi uğur qazanmaq ideyası" məğlub ediləcək.

Doktor Afzal Ashraf Kral Birləşmiş Xidmətlər İnstitutunun (Rusi) məsləhətçi-əməkdaşıdır. O, Kral Havva Qüvvələrində böyük zabit, İraqda ABŞ Komandanlığı və ABŞ səfirinin terror və üsyan əleyhinə strateq , və eləcədə Britaniya XİN-də hərbi-siyasi şöbənin rəhbəri vəzifələrində çalışıb.