Şotlandiya referendumda müstəqilliyə "YOX" dedi

Fotonun müəllifi EPA

Mərkəzi Seçki Komissiyası Şotlandiyada müstəqillik üzrə keçirilən referendumun nəticələrinə əsasən çoxluğun "YOX" cavabına səs verdiyini açıqlayıb. Bunu komissiyanın sədri Mary Pitcaithly bəyan edib.

İngiltərə baş naziri David Cameron referendumun nəticələrini şərh edərkən deyib ki, şotlandlar fikirlərini ifadə ediblər və nəticə "aydındır".

"Biz Şotland parlamentində Millətçilər Partiyasının çoxluğuna hörmət edərək şotland xalqına fikrini ifadə etməyə imkanı yaratmaqla düz elədik. Biz xalqın istəyini eşitdik. Onlar dörd millətdən ibarət olan bizim dövləti milyonlarla insanlar kimi saxladılar və mən xoşbəxtəm", o deyib.

Onun sözlərinə görə, beləliklə şotlandlar öz işlərində qərar daha çox qərar vermək səlahiyyəti qazanacaqlar, eləcə də İngilltərə, Uels və Şimali İrlandiya öz qərarlarında sərbəst olmalıdır.

"Şotlandiya üçün özünüidarənin gələcək inkişafı layihəsi yanvarda yayımlanacaq", baş nazir qeyd edib.

Fotonun müəllifi BBC World Service
Image caption Şotlandiya referendumu nəticələri

Şotlandiya referendumunun xronologiyası:

10:50

Britaniyanın baş nazirinin müavini və Liberal-Demokrat Partiyasının lideri Nick Clegg bəyan edib ki, şotlandların "bizim ailəni gələcək nəsillər üçün saxlamağa" icazə verən seçiminə sevinir.

"Məndə şübhə yoxdur ki, qeyri-müəyyənliklə dolu təhlükəli dünyada biz güclüyük, biz daha çox təhlükəsizlikdəyik və birlikdə daha çox çiçəklənirik, nəinki ayrı,-o qeyd edib.-Amma müstəqilliyə qarşı səsvermə-bu dəyişikliklərə qarşı səsvermə deyil və biz vaxtında Şotlandiyaya sərbəst idarəçiliyi həyata keçimək üçün yeni imkanlar verən radikal islahatlar paketini təmin etməliyik".

10:45

Ayrılmanın əlehdarları da yorulub, amma qələbə sevinci onlara güc verir. Edinburghda "YOX" düşərgəsi böyük üstünlüklə qalib gəlib. Şotlandiya paytaxtında böyük bayram başlayır.

10:41

Şotlandiyanın müstəqilliyinin tərəfdarları Glazgow meydanında kefsiz oturublar. Onlar burada qələbə mitinqinin keçəcəyinə ümid edirdilər. Görünür ki, onların bu yorğun gecədən sonra heç nəyə həvəsi qalmayıb...

10:30

Şotlandiyanın birinci naziri Alex Salmond "Şotlandiya xalqı tərəfindən verilən demokratik qərarı" qəbul etdiyini bəyan edib.

"Mən bütün Şotlandiyanı mənim nümunəmi davam etdirməyi və Şotlandiya xalqının demokratiya ilə istəyini ifadə etdiyi qəbul etdirsin", o deyib.

10:14

Rəsmi nəticələrə görə, Şotlandiya Böyük Britaniyadan müstəqilliyə qarşı çıxıb.

10:11

Apgail və Byut "YOX" deyiblər. "HƏ" deyənlər– 41,5% (26324 nəfər), "YOX" – 58,5% (37143 nəfər). 88,1 faiz səs verib.

10:04

Aberdeenshir müstəqilliyə "YOX" dedi. "HƏ"-39,6 faiz(71337 nəfər), "YOX" – 60,4 faiz (108606 adam). 97 faiz əhali səs verib.

10:02

Şotlandiyanın birinci nazirinin müavini Nicola Sturgeon Şotlandiyanın müstəqilliyinin əleyhinə olanların referendumda qələbə çaldığını etiraf edib.

10:00

Edinburgh mütəqilliyə qarşı çıxış edib. "HƏ"-39 faiz, (123927 nəfər), "YOX" – 61 faiz (194638 nəfər). 84,3 faiz əhali səs verib. Tam qəbələ üçün Şotlandiyanın müstəqilliyinin əleydarlarına 85 min səs çatmır.

09:45

Hazırda ümumi səslərin mütənasibliyi belədir-45,7 faiz "HƏ", 54,3 faiz "YOX" (1176952 əleyhinə 1397077).

09:38

Hesablama komissiyaları yorğunluq və yuxuya baxmayaraq işləyirlər.

09:32

Şotlandiyanın birinci nazirinin müavini Nicola Sturgeon BBC-yə deyib ki, daxil olan nəticələr onu təəssüfləndirir, amma qeyd edib ki, referenduma "ölkə həmişəlik dəyişdiyinə görə" minnətdardır.

09:26

Şotlandiyanın müstəqilliyinin əleydarları daxil olan xəbərlərə səmimi sevinirlər.

09:19

BBC-nin əldə etdiyi məlumatlara görə, səsvermənin nəticələrinə əsasən Şotlandiyanın Böyük Britaniyadan ayrılmamaq barədə qərar verib.

09:14

Şərqi Ershir ayrılmaq istəmir. "HƏ"-47 faiz, "YOX"-53 faiz. 84,5 faiz əhali səs verib.

09:11

Cənubi Yorkshire həmçinin "YOX" deyib, "HƏ"-42 faiz (34402 nəfər), "YOX" – 58 faiz (47247 nəfər). Səsverməyə 86 faiz

seçici gəlib.

09:09

Qərbi Lothian "YOX" deyir. "HƏ"- 45 faiz, "YOX"-55 faiz. 86,1 faiz səs verib.

09:04

Şimali Yorkshire "YOX" deyib. "HƏ"-49 faiz(47072 adam), "YOX" – 51 faiz(49016 nəfər). Səsverməyə 84,4 faiz seçici gəlib.

09:02

Səslərin hesablanmasından sonra 32 vilayətdən 23-də üstünlük hələ də müstəqilliyin əleyhinə olanlardadır. Ümumi səslərin mütənasibliyi-45,7 faiz "HƏ", 54,3 faiz "YOX". (1256372 əleyhinə1055716).

08:54

NƏTİCƏLƏR

Glasgow müstəqilliyə "Hə" deyib. Seçicilərin 53 faizi "Hə" kampaniyasını dəstəkləyib. Daha əvvəl açıqlanmışdı ki, seçici fəaliyyəti 75 faiz olub.

08:50

İndiyə qədər 32 vilayətdən 20-nin nəticələri açıqlanıb. Bu nəticələrə görə, ümumilikdə 965 790 adam (55,33 faiz) "Yox" kampaniyasını, 779 689 adam (44,67 faiz) isə "Hə" kampaniyasını dəstəkləyib.

08:42

NƏTİCƏLƏR

West Dunbartonshire - HƏ (54 faiz).

Midlothian - YOX (56 faiz).

Stirling - YOX (60 faiz).

East Lothian - YOX (62 faiz).

Falkirk - YOX (53 faiz).

Angus - YOX (56 faiz).

Dumfries və Galloway -YOX (66 faiz)

Aberdeen - YOX (59 faiz)

East Renfrewshire - YOX (67 faiz)

East Dunbartonshire - YOX (61 faiz)

North Lanarkshire- HƏ (51.1 faiz)

South Lanarkshire - YOX (55 faiz)

Perth və Kinross - YOX (60 faiz)

08:03

İndiyə qədər açıqlanan nəticələrə görə, ümumilikdə 178 811 adam (50,91 faiz) "Yox" kampaniyasını, 172 426 adam (49,09 faiz) isə "Hə" kampaniyasını dəstəkləyib.

08:00

NƏTİCƏ

Dundee: "Hə" deyənlər 57 faiz səs çoxluğu ilə qalib gəlib. Ümumilikdə burada seçicilərin 78,8 faizi, yəni 93 592 adam referendumda iştirak edib.

Beləliklə "Hə" kampaniyası ilk qələbəsini qazanıb.

07:59

NƏTİCƏ

Renfrewshire: "Yox" deyənlər 53 faiz səs çoxluğu ilə qalib gəlib.

07:46

NƏTİCƏ

Image caption Inverclyde nəticələri: "Hə" ilə "Yox" kampaniyalarını dəstəkləyənləri cəmi 86 səs ayırır

Inverclyde 50,1 faiz səs çoxluğu ilə müstəqilliyə "Yox" deyib. Burada 27 329 adam "Yox", 27 243 adam "Hə" kampaniyasını dəstəkləyib.

07:28

Funt sterlinq güclənir

Bu ilkin nəticələrdən sonra funt sterlinqin qiyməti avroya nisbətdə iki il ərzində ən yüksək səviyyəyə qalxıb.

07:16

İndiyə qədər açıqlanan nəticələrə görə ümumilikdə 49 535 adam (57,85 faiz) "Yox" kampaniyasını, 36,097 adam (42,15 faiz) isə "Hə" kampaniyasını dəstəkləyib.

07:10

NƏTİCƏ

Comhairle Nan Eilean Siar (Xarici Hebridlər) müstəqilliyə "Yox" deyib. Burada səsvermədə iştirak edən 19 758 adamdan 53 faiz "Yox", 47 faiz "Hə" kampaniyasını dəstəkləyib.

07:01

Fotonun müəllifi BBC World Service
Image caption Səssayma üçün bəzi seçki qutuları helikopter vasitəsilə daşınır

Bülletenlər necə daşınır?

Lochgilphead-dakı səssayma üçün seçki qutuları iki helikopter vasitəsilə gətirilib. Birinci qutu Iona, Tiree, Coll və Mull-dan gətirilib. İkinci qutu Jura, Gigha, Islay və Colonsay-dan olan bülletenləri daşıyıb.

06:51

NƏTİCƏ

Shetland-da "Yox" deyənlər 64 faiz səs çoxluğu ilə qalib gəlib. Burada 15 620 nəfər səs vermişdi.

06:13

BBC Azərbaycanca izləyiciləri nə düşünür? - Sosial mediada şərhlər

"Sizcə Şotlandiya müstəqil olmağı seçəcəkmi?" sualına cavab olaraq BBC Azərbaycancanı Twitter Facebook-da izləyənlər belə yazıb:

Shahin Goyushov: "Əhali müstəqillik istəmir".

Ayka Alizade: "Kontoralar yox deyən vətəndaşlara artıq uduş veriblər".

@deadazeri: "Şotlandiya anlamalıdır ki, bu seçimi belə etməklə artıq müstəqil, boş-boş xülyalardan isə adadan istifadə edib inkişafına baxsın".

Ilyas Halilov: "İnşallah yox. Azından ona görə ki bu akt dünyanın və avropanın başqa ölkələrindədə president yarada bilər, və bu hal Azərbaycan olara bizimdə ərazi bütövlüyü nöqteyi-nəzərindən mövqeyimizə zidd olardı".

@Narmin_Gahraman: "3 әsr kifayәtdi".

06:07

NƏTİCƏ

Orkney-də "Yox" deyənlər 67 faiz səs çoxluğu ilə qalib gəlib.

Burada seçici fəallığı 83,7 faiz idi.

05:58

Seçici fəallığı barədə yeni məlumatlar:

Glasgow: 75 faiz

Aberdeen: 82 faiz

East Dunbartonshire: 91 faiz

Falkirk: 88,7 faiz

Shetland: 84,4 faiz

Angus: 85,7 faiz

Perth and Kinross: 86,9 faiz

Müqayisə üçün Şotlandiyada 2010-cu ildə keçirilən seçkilərdə seçici fəallığı 63,8 faiz; 2005-ci ildə 60,8 faiz; 2001-ci ildə 58,1 faiz; 1997-ci ildə 72,6 faiz olub.

05:45

İLK NƏTİCƏ

Fotonun müəllifi BBC World Service
Image caption Clackmannanshire - "Better Together" (Birlikdə daha yaxşıdır") kampaniyası qələbəsini qeyd edir

Clackmannanshire-da 54 faiz səs çoxluğu ilə müstəqilliyə "Yox" deyənlər qalib gəlib.

05:32

Glasgow: Seçki saxtakarlığı barədə iddialar

Aileen Clarke, BBC Scotland: "İddialar 10 səslə bağlıdır. Kimsə seçki məntəqəsinə gəlib deyir ki, mən filankəsəm və səs verir. Bir neçə saat sonra filankəs özü işdən qayıdıb səs verməyə cəhd edəndə isə ona deyirlər ki, "Axı siz artıq səs vermisiniz". İddia olunur ki, bu hadisə Glasgow şəhərində 10 seçki məntəqəsində baş verib. Məsələ ilə bağlı polis araşdırması aparılır: seçki saxtakarlığı iddialarına aid həmin 10 bülleten tapılıb və Şotlandiya Polisinə təhvil veriləcək".

05:24

Seçici fəallığı barədə məlumatlar:

Clackmannanshire: 89 faiz

West Lothian: 86,2 faiz

Renfrewshire: 87,3 faiz

Inverclyde: 87,4 faiz

West Dunbartonshire: 87,9 faiz

Dundee: 78,8 faiz

Midlothian: 86,8 faiz

Müqayisə üçün Şotlandiyada 2010-cu ildə keçirilən seçkilərdə seçici fəallığı 63,8 faiz; 2005-ci ildə 60,8 faiz; 2001-ci ildə 58,1 faiz; 1997-ci ildə 72,6 faiz olub.

04:20

BBC Azərbaycanca izləyiciləri nə düşünür? - Sosial mediada şərhlər

"Sizcə Şotlandiya müstəqil olmağı seçəcəkmi?" sualına cavab olaraq BBC Azərbaycancanı Twitter Facebook-da izləyənlər belə yazıb:

@zakafein: "Əgər onlar bu müstəqilliyin onlara heç bir fayda verməyəcəyini anlayıblarsa, yox".

Elvin Abdullazade: "Seçsədə bilir ki böyük ölkələr onları bədbəxt eləyəcək".

@entebo: "Seçməyəcək kimi durur, amma əslində müstəqil olması bir çox problemli ölkə üçün böyük bir əmsal olacaq".

Moh Sen Seven: "İnşallah Güney Azerbaycanında müstəqilliyini görərik".

Shahin Goyushovserf: "Etməz. Gül kimi yaşayırlarda. O boyda Britaniyanın qanadları altındadırlar... Əks halda nəticə pis olar olarçün".

03:33

Reevel Alderson, BBC Scotland: "Stirling şəhərində, səssaymanın keçirildiyi Albert Halls-un eyvanında təxminən 30 nəfər adi vətəndaş var. Seçkiləri ilk dəfə 40 il əvvəl işıqlandırmışam və birinci dəfədir ki, səssaymada seyrçilər görürəm".

03:27

Fotonun müəllifi BBC World Service
Image caption Glasgow-da səsləri sayanlara şokolad təklif edirlər

Aileen Clarke, BBC Scotland: "Glasgow-da kimsə səsləri sayanlara yaxınlaşıb onlara şokolad təklif edir".

03:25

Sosial media:

Bu gün Facebook-da Şotlandiyada yaşayan və səs vermək hüququna malik, yəni yaşı ən azı 16 olanlar üçün "I'm voting" ("Mən səs verirəm") düyməsi yaradılmışdı. Yerli vaxtla 18:00-dək səhər bu düymə 2,5 milyondan çox adamın xəbər lentində peyda olmuşdu.

Referendum günü Twitter-də ən çox retweet olunan tweet, şotlandiyalı tenis çempionu Andy Murray-a məxsus olub. O, öz qərarını 2,7 milyon izləyicisi ilə paylaşıb və həmin tweeti 18 000-dən çox istifadəçi retweet edib.

02:40

YouGov tərəfindən seçicilər arasında keçirilən rəy sorğusunun nəticələri indicə açıqlanıb. Sorğuda iştirak edənlərin 54 faizi "Yox", 46 faizi isə "Hə" deyib.

02:30

Twitterdə reaksiyalar:

Baş nazirin müavini Nick Clegg: Şotlandiya xalqı səs verib. Ürəkdən ümid edirəm ki, onlar bizim xalqlar ailəsinin daxilində qalacaqlar. #indyref

SNP (Şotlandiya Milli Partiyası) rəhbər müavini Nicola Sturgeon: Vəssalam. Məntəqələr bağlanılıb. Demokratiya üçün nə qədər gözəl, emosional, ruhlandırıcı gün olub. İndi isə gözləyirik. #indyref

02:23

Son nəticə nə vaxt bəlli olacaq? Bunu əvvəlcədən demək çətindir, amma nəticələrin əksəriyyəti 07:00 və 10:00 arasında gözlənilir.

02:00

Səsvermə başa çatıb və səslərin sayılması prosesi başlanılılb.

Şotlandiyada cümə axşamı günü Birləşmiş Krallığın bu hissəsinin gələcək taleyini həll edəcək referendum keçirilib. "Şotlandiya müstəqil ölkə olmalıdırmı?" – sualına seçicilər ya "Hə", ya da "Yox" cavabını veriblər.

Yerli vaxtla saat 7:00-da açılan seçki məntəqələri saat 22:00-da bağlanıb (Bakıda 02:00). Az sonra ilkin exit poll nəticələri barədə məlumatlatın daxil olacağı gözlənilir.

Seçkilərdə iştirak üçün 4 285 323 adam qeydiyyatdan keçib, bu isə seçicilərin 97 faizini təşkil edir. Rəsmi nəticələrin cümə günü səhər saatlarında elan olunacağı gözlənilir.

178,811 50.91
172,426 49.09

Bu barədə daha geniş