Suriya təhlili: Yalnız hava zərbələrilə İD niyə məğlub olmayacaq?

us fighter Fotonun müəllifi BBC World Service
Image caption ABŞ hərbi təyyarəsi Fars körfəzindəki USS George HW Bush aviadaşıyıcı gəmidən havaya qalxır, 15 avqust.

İndiki məqam ABŞ başda olmaqla qondarma İslam Dövlətini (İD) “məhv etmək” məqsədilə aparılan kampaniyanın mühüm məqamıdır.

İraq və Suriyanı əhatə edən hərbi kampaniya İD ilə hər iki ölkədə mübarizə aparılmasının vacibliyini göstərir.

Hər halda İD bu iki ölkə arasında sərhəd xəttini mənasız edib.

Amerikalıların qeyd etdiyi kimi, Ərəb dövlətlərinin indiki kampaniyada iştirakı bu dəfəki missiyanın ABŞ-ın İraqa son müdaxiləsindən fərqli edir.

Müəyyən dərəcədə indiki kampaniyanı Küveyti azad edən koalisiyaya bənzətmək olar, lakin indiki vəzifə daha fərqli və xeyli vaxt tələb edəndir.

ABŞ əməliyyatında təyyarələr, hərbi dronlar və dənizdən buraxılmış raketdən istifadə edilnməsi ötən gecənin başlanmış kampaniyanın ən gərgin dövrü olduğunu göstərir.

Lakin indiki zərbəni ID üçün ölümcül də saymaq olamaz, məqsəd İD-i mümkün qədər sarsıtmaq, rəhbərlərinə və strukturlarına zərbə endirməkdir.

Hələlik həm İraqda, həm Suriyada kampaniya Ağ Ev proqnoz etdiyi kimi inkişaf edir.

Lakin əsas suallar ABŞ strategiyasının digər elementlərinin də nəzərdə tutulduğu kimi inkişaf edə biləcəyi, İD-i məğlubiyyətə aparan şərtlərin formalaşdırılması və İD-in cavab addımlarından asılıdr.

Quruda əməliyyat

ABŞ və müttəfiqləri başladıqları kampaniyadan razı ola bilərlər, lakin kampaniyanın necə inkişaf edəcəyi məsələsi qeyri-müəyyəndir.

Hava zərbələri daha geniş miqyas almalı olacaq əməliyyatların yalnız bir hissəsidir.

Fotonun müəllifi BBC World Service
Image caption İD döyüşçüləri Suriyanın Raqqa şəhərində ABŞ dronun yerə düşdüyü ərazidə namaz qalırlar.

Misal üçün, Iraqda ABŞ aviasiyası İD-in hücumunu durdura bildi, xüsusən bu, kürdlərə aid olan şimalda özünü göstərdi.

Lakin ABŞ hava zərbələri İD-in İraq ərazisindən qovulmasını təmin etmək üçün kifayət etmir -bu məsələ, əsasən 2 amildən asılıdır.

Birincisi, İD ilə vuruşmaq üçün quruda yaxşı təlim keçmiş və təchiz olunmuş qoşun olmalıdır. Kürd Peşmərqəsilə belə hazırlıq işi aparılır.

İD hücumu qabağından silahı atıb qaçmış İraq ordusunun heç olmasa bir qismini ABŞ indi etibar ediləsi duruma gətirməyə çalışır.

Lakin bütün bunlar vaxt tələb edir.

İkinci mühüm amil siyasi amildir. Bu səbəbdən İraqda geniş əhatəli cabinet yaradılana qədər ABŞ kömək etməkdən imtina edirdi.

Ölkədə bütün siyasi qüvvələrin marağlarını nəzərə alan idarəçiliyin formalaşdırılması yenə də xeyli vaxt tələb edəcək.

Fotonun müəllifi BBC World Service

Lakin məhz bu məqam həlledici ola bilər. İD kimi qeyri-sabit bir qurumu silah gücünə məğlub etmək mümkün olsada belə, qruplaşma formasını dəyişərək müəyyən vaxtdan sonra başğa bir qurum şəklində yenidən peyda ola bilər.

Sünni tayfaların bu qəddar qurumdan üz çevrirməsi üçün şərait yaradılmalıdır – yəni hərbi amillər İD-ini daxildən məğlub etməyə imkan verə bilər.

Bunun üçün müvafiq siyasi şərtlərin yaradılması isə hərbi əməliyyatın keçirilməsi qədər vacibdir.

Bu sahədə isə vəziyyət birmənalı deyil. Beləki İraqda, heç olmasa, tanınan hökümət var, lakin Suriyada vəziyyət fərqlidir.

Suriya müxalifət qüvvələri arasında nisbətən mötədil qrupları tapıb, onlara təlim keçirmək aylarla çəkə bilər.

Suriyada Qərbin qəbul etdiyi hökümət yoxdur, və ən pisi odur kı, ölkənin siyasi gələcəyi üçün də real bir plan yoxdur.

Geniş müharibə

Vəziyyət isə dəyişir. İD indiyədək dəyişən vəziyyətə uyğunlaşa bildiyini və müəyyən strategiya tətbiq etdiyini göstərib.

Görəsən, bu qurum ABŞ rəhbərlik etdiyi kampaniyaya necə cavab verə bilər?

İD müəyyən addımlar atmağa qadirdir. Hücumunun istiqamətini İraqdakı kürdlərdən Suriyadakı kürdlərə keçirməklə İD vura biləcək zərbənin miqyasına, qaçqın axınını Suriya-Türkiyə sərhədinə yönəldə biləcəyinə işarə edib.

Bu qurum islam ekstremistlərini Qərbə hücum etmək üçün birləşməyə çağırır. Əlcəzairdə Fransa vətəndaşının girov götürülməsi bu siyasətin ilk nəticəsi ola bilər.

Yəni, İD-in bu müharibədə müəyyən imkanları mövcuddur, və həmin imkanlar ABŞ və müttəfiqləri qarşısında duran məsələni çətinləşdirə bilər.

Lakin bir çox təhlilçilərin qeyd etdiyi kimi, ilk növbədə yadda saxlamaq lazımdır kı, yaranmış vəziyyət Müsəlman və Ərəb dünyasında geniş mənada baş verən vətəndaş müharibəsinin nəticəsidir – sünnilərin şiələrlə, İranın Ərəb dövlətlərilə, tarazlıq axtaranların həmin tarazlığı pozmağa çalışanlarla mübarizəsinin təzahürüdür.

Bəzilərinin qeyd etdiyi kimi, vətəndaş müharibəsi nəylə bitirsə-bitsin, bu mübarizədən qalib çıxan olmur.