Türkiyə girov götürülənlərin mübadiləsinə eyham vurub

Fotonun müəllifi AFP
Image caption İslam Dövləti tərəfindən girov götürülən onlarla Türkiyə vətəndaşı ötən şənbə vətənə qayıdıblar.

Türkiyə prezidenti İD girovluğundan azad edilmiş 49 nəfərin məhbus mübadiləsi nəticəsində sərbəst buraxılmasına eyham vurub.

İyun ayında İraqın Mosul şəhərində İslam Dövləti tərəfindən girov götürülən onlarla Türkiyə vətəndaşı ötən şənbə vətənə qayıdıblar.

Hurriyet qəzetinə əsasən eyni zamanda Suriyadakı üsyançı Liva əl-Tavhid qrupu İD üzvlərini həbsdən buraxıb.

"Bəziləri mümkün mübadilənin olduğunu deyirlər- Recep Tayyip Erdoğan bildirib. - Siz mübadilə edə bilərsiz lakin bu kimi olayın hazırlanması müəyyən səylər tələb edir”.

Bu yaxınlarda 138 min suriyalı qaçqını qəbul edən Türkiyə humanitar yardım əməliyyatının ağır yük olduğunu bildirir və Suriya ilə sərhədlərini bir çox hissələrdə bağlamağa başlayıb.

Türkiyə bundan əvvəl artıq bir milyondan artıq suriyalı qaçqını qəbul edib.

Mosul şəhərindəki Türkiyə konsulluğunda çalışan diplomat, onların ailələri və əsgərlərdən ibarət qrup İD döyüşçüləri tərəfindən iyun ayında girov götürülərək sentyabrın əvvəlində Suriyanın şimalındakı Raqqa şəhərinə keçirilmişdilər.

Onların Türkiyəyə gətirilməsi barədə şərh verən baş nazir girovluqda qalanların xüsusi xidmətlərin əməliyyatı nəticəsində azad olunduğunu deyib.

Lakin Ahmet Davutoğlu təfərrüatlara varmayıb.

Hurriyet qəzetinin məqaləsində deyilir ki, Liva əl-Tavhid qrupunun məhbəsdən azad etdiyi şəxslər arasında fevral ayında Hələb şəhərində öldürülmüş İD lideri Hacı Bəkrin arvadı və uşaqları olub.

Suriyadakı üsyançı qrupu Azad Suriya Ordusunun hərbi qanadının törəməsidir.

İyun ayında Mosulda İslam Dövləti tərəfindən girov götürülən 32 türkiyəli sürücü bir ay keçmiş buraxılsa da onların azad olunması ilə bağlı da təfərrüatlar verilməmişdir.

Bu barədə daha geniş