Şəkillərdə: Londonun Natiqlər Güşəsi

Londonun Natiqlər Güşəsində gedən debatları fotoqraf Jan Enkelmann fotoya çəkib.

Speaker's Corner by Jan Enkelmann
Şəklin alt yazısı,

1872-ci ildən Londonun mərkəzi parkında kiçik bir sahə qızğın debatlar üçün ayrılıb. Həmin ildə təsdiqlənmiş qanun vətəndaşlara parkda görüşüb müxtəlif məslələrə dair fikir bildirmək hüququ verib. Bu yer Natiqlər Güşəsi adı ilə tanınır və bu il ictimaiyyət üçün təmirdən sonra yenidən açılıb.

Şəklin alt yazısı,

Fotoqraf Jan Enkelmann bu ərazidə uzun müddətə nəzərdə tutulmuş layihə üzərində işləyir və indiyə qədər gördüyü iş barədə düşüncələrilə bölüşür.

Şəklin alt yazısı,

"İfadə azadlığı populyar mövzu olduğu halda Natiqlər Güşəsi kimi mövzunun mediada geniş işıqlandırılmasını gözləmək olardı, lakin bunun baş verməməsi təəccüb doğurur".

Şəklin alt yazısı,

Vaxtilə bu ərazidə iğtişaşlar, səs-küylü nümayişlər baş verib, başqa yerdə toplaşmağa icazə ala bilməyənlər burada görüşüb. Bu yerdə vaxtilə Marks, Lenin və Orwell nitq söyləyiblər. Bugün isə Natiqlər Güşəsində əsasən ekssentriklər, "birtəhər" adamlar, dini fanatiklər, xurafatçılar əksəriyyət təşkil edir.

Şəklin alt yazısı,

Belələrinin əksəriyyət təşkil etdiyinə baxmayaraq, azacıq da olsa mənalı və canlı diskussiya aparmaq məqsədilə bura gələnlər də tapılır.

Şəklin alt yazısı,

Ən maraqlısı burada növbəti məqamda nəyin baş verə biləcəyinin naməlumluğudur. Sakit şəraitdə başlamış tədbir bir neçə dəqiqədən sonra asanlıqla iğtişaşa da çevrilə bilər.

Şəklin alt yazısı,

İndiki dünyada təlatümlü və dini münaqişələrlə bol olan hadisələrin inkişaf etdiyi şəraitdə natiqlər arasında iğtişaşın baş verməsi ehtimalı daha yüksəkdir. Natiqlər Güşəsi dunyada inkişaf edən münaqişələrə cəlb olunan bütün tərəflərin mövgeyi barədə, həmin münaqişlərin müxtəlif motivləri barədə cüzi də olsa bir məlumat eşitməyə imkan verir.

Şəklin alt yazısı,

Bəzi veteran natiqlər mütəmadi olaraq böyük dinləyici kütləsi toplaya bilir, misal üçün dini ehkamçılar buna nail ola bilirlər. Bura gələnlər arasında parka gəzintiyə çıxanları, turistləri, xarici tələbələri də görmək olar.

Şəklin alt yazısı,

Amansız tənqidin və bağırmağın həvəskarları vəziyyətin qarışmasında, hay-küyün yaranmasında əvəzedilməz rol oynayırlar.

Şəklin alt yazısı,

"İlk dəfə olaraq Natiqlər Güşəsi barədə Almaniyada orta məktəbdə oxuyanda, 1980-ci illərin əvvəllərində eşitmişdim. Bu meydança, Londonun görməli yerləri olan Tower Bridge, Big Ben and Westminster Abbey ilə bir sırada çəkilirdi. Londona gəldikdən yalnız 10 il sonra bu yeri özüm üçün kəşf edə bildim".

Şəklin alt yazısı,

Bu yerin gerçək təbiətini və mistikasını bircə gəliş ərzində aşkar etmək qeyri-mümkündür. Odur kı, son bir neçə il ərzində bura mütəmadi olaraq ayda heç olmasa bir dəfə gəlib fotolar çəkir, insanlarla söhbətləşirəm, tədbirin iştirakçılarından birinə çevrilirəm. Müasir medianın ünsiyyətyaradıcı imkanları ola-ola insanları bura nəyin çəkib gətirdiyini bilmək həmişə mənə maraqlı olub.

Şəklin alt yazısı,

Şəkil çəkəndə mən bir qayda olaraq çıxışlara və deyişməyə uymamağa çalışıram və yalnız çəkdiyim görüntülərdə fikrimi cəmləşdirməyə çalışıram, lakin bəzən debatlara qoşulmamaq çətin vəzifəyə çevrilir.

Şəklin alt yazısı,

Fotoqrafçı kimi məni natiqlər, dinləyiçilər, tənqidçilər, hay-küycülər və kənardan keçənlər arasında yaranan dinamika çəkir. Bu səhnələrdə ehtiras hiss olunur və şəkillər maraqlı çıxır. Uzaqdan çəkilmiş fotolar maraqsız görünür. Gərək iştirakçıları lentə lap yaxından alasan, özün səhnənin iştirakçısına çevriləsən.

Şəklin alt yazısı,

Burada hadisələr sürətlə bir-birini əvəzləyir, hasar ətrafında camatın yerdəyişməsi səngimək bilmir, ağacların arasından Günəş parıltısı qeyri-adi fon yaradır. Lakin işi lazımi qaydada görürsənsə nəticəsi valehedici olacaq.