Nobel Sülh mükafatını Malala Yousafzai və Kailash Satyarthi alıb

Malala Yousafzai Fotonun müəllifi AFP
Image caption 17 yaşlı Malala Yousafzai bu mükafatı alan ən gənc adamdır

Sülh üzrə Nobel mükafatını gənc fəallar Malala Yousafzai və Kailash Satyrathi alıb.

Pakistanlı Malala Yousafzai qızıarın təhsili üçün kampaniya aparıb. Kailash Satyrathi isə Hindistanda uşaqların hüquqlarını müdafiə edib.

17 yaşlı Malala tarixdə Nobel Sülh mükafatını alan ən gənc adamdır.

2012-ci ildə Pakistanda Taliban silahlıları tərəfindən başına güllə almasına baxmayaraq Malala Yousafzai qızlar üçün daha yaxşı hüquqlar üçün kampaniya aparmağa davam edib.

Mükafatı verən komitə deyib ki, onlar mükafatı "uşaqların və gənclərin təzyiqə məruz qalmasına qarşı mübarizə apardıqlarına görə" alıblar.

Bu barədə daha geniş