Cənubi Koreya sərhəddə ucalan "Yeni il yolkası" qülləsini söküb

Koreya Fotonun müəllifi AP
Image caption Şimali Koreya sərhədə yaxın qurulmuş qüllədən narazılıq edərək qurğunu atəşə tutacağını bildirirdi.

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə ucaltdığı "Yeni il yolkası" üçün gövdə rolunu oynayan qülləni söküb.

Həmin güllə keçmişdə yerli xristian qrupları tərəfindən Milad bayramı ərəfəsində "Yeni il yolkası" kimi bəzədilib.

18 metr hündürlüyü olan qüllə "Yeni il yolkası" görünüşünə salınan zaman illüminasiya işığı və xaç ilə bəzədilib.

Rəsmən ateist ölkə sayılan Şimali Koreya bu hərəkəti dini-siyasi təbliğat kimi qiymətləndirərək qülləni mərmi atəşilə dağıdıcağı barədə Cənubu xəbərdar etmişdi.

Qüllənin sökülməsi hər iki Koreyanın hərbi nümayəndələri arasında son 7 ildə ilk görüşün keçirilməsindən sonraya təsadüf edib.

Cənubi Koreyanın Yonhap informasiya agentliyi 1971-ci ildə qurulmuş qüllənin, aşmaq ehtimalı olduğuna görə söküldüyünü bildirib.

Fotonun müəllifi BBC World Service
Image caption 2010-cu ildə qülləyə illyuminasiya çəkilmişdi, cənubi koreyalı xristianlar isə qurğunun qarşısında yeni il mahnılarını ifa edirdilər.

Qüllə Şimal ilə sərhəd xəttindən 3 kilometr aralıda dururdu və Şimali Koreyanın sərhədyanı zonasında yaşayan əhali tərəfindən müşahidə edilə bilirdi.

Cənubdakı xristian qruplar Milad bayramı ərəfəsi qülləni yolka ağaçı kimi bəzədərək "Milad yolkasının" başına nəhəng xaç da taxırdılar.

Buna görə ateist Şimal, Cənubu dini təbliğat aparmaqda ittiham edirdi.

Qüllənin sökülməsi xəbəri Şimali Koreyada həbsdə saxlanılan 3 ABŞ vətəndaşından birinin - Jeffrey Fowle-nin azadlığa buraxılması xəbərilə üst-üstə düşüb.

İyun ayında Şimali Koreyada həbs edilən Jeffrey Fowle "hökümət əleyhinə" cinayət törətməkdə ittiham edilmişdi.

Məlumatlara görə, o, restoranda Tövrat nüsxəsini qoyub getmişdi, Jeffrey Fowle-nin ailəsi onun Cənubi Koreyaya missionerlik məqsədilə getmədiyini bildirmişdi.

ABŞ Jeffrey Fowle-nin azadlığa buraxılmasını alqışlayaraq, Şimali Koreyada həbsdə qalan daha 2 Amerika vətəndaşı Matthew Miller və Kenneth Bae-nin də azad olunması istiqamətində səylərini davam etdirdiyini qeyd edib.