Malayziya: İslam rəsmiləri Hellouin mərasimini qadağan ediblər

halloween Fotonun müəllifi Thinkstock
Image caption Hellouini qeyd edənlər içi təmizlənmiş balqabağdan işıq verən bəzək kimi istifadə etməyi adət ediblər.

Malayziyada müsəlmanlar Hellouin (Halloween)bayramını qeyd etməməlidirlər, ölkənin Milli Fətva Şurası qərar çıxarıb.

Malayziyanın Ali Dini qurumu olan şura Hellouinin xristian bayramı olduğunu xatırladaraq, bayram mərasminin ölüm və ölülər mövzusuna kökləndiyini, bunun “Islam təlimlərinə qarşı” olduğunu qeyd edib.

Milli Fətva Şurasının qərarı qurumun vebsaytında dərc edilib.

Əvəzində Şura müsəlmanlara həmin gün həyatdan gedən əzizlərini, yaxınların; yad etməyi, onalrın ruhuna dua oxutdurmağı, Qurani-Kərimi mütaliə etməyi məsləhət görüb.

Malayziyanın bir sıra müsəlman təşkilatı Hellouinlə bağlı narahatlıq bildirərək bu bayramın “Qərb mənəviyyatına köklənməsinə” diqqəti çəkib. Müsəlmanlara görə, Hellouin bayramı Malayziyanın “müsəlman gənclərinə zərərli təsir göstərə bilər”.

Malayziya mətbuatının verdiyi xəbərə görə, yerli müsəlman qruplarının etirazından sonra ölkənin qərbində yerləşən beynəxalq ibtidai məktəbə Hellouinin qeyd edilməsi üçün yerli təhsil rəsmilərindən icazə alınması məsləhət görülüb.

Bu ayın əvvəlində Malayziya Milli Fətva Şurası iti sığallamağın islam dininə zidd hərəkət olması barədə qərar çıxarmışdı. Həmin qərar Bəndər Utama bögəsində “İtə toxunmaq istəyirəm” şüarı altında və "stereotipləri qırmaq məqsədilə" keçirilmiş aksiyaya cavab olaraq qəbul olunmuşdu.

Həmin aksiya zamanı ənənəvi olaraq iti natəmiz heyvan sayan müsəlmanlara itə toxunumaq, iti sığallamaq imkanı yaradılmışdı.

İtlərə toxunanlar aksiyadan sonra dini təmizləmə mərasimindən keçirilmişdi, Channel News Asia website xəbər verir.

Xəbər BBCMonitoring məlumatları əsasında hazırlanıb.

Bu barədə daha geniş