Uqandalı dayə körpəni döydüyünü etiraf edib

Uqanda Fotonun müəllifi no credit
Image caption Uqandalı dayə 18 aylıq qız uşağını döydüyünü etiraf edib

Uqandalı dayənin baxdığı usağı döyməsi gizli çəkiliş vasitəsilə sübut ediləndən sonra o, körpəyə işgəncə verdiyini etiraf edib.

22 yaşlı Jolly Tumuhirwe, Uqanda məhkəməsi tərəfindən, 18 aylıq qız uşağına işgəncə verməkdə təqsirli bilinib.

Gizli kameraya çəkilmiş və dayənin hərəkətlərini əks etdirən video internetdə yayıldıqdan sonra Uqandada camaat arasında dayəyə qarşı qəzəb və nifrət hissi oyadıb.

Körpənin atası Eric Kamanzi qızının bədənində göyərmələri və onun axsadığını görəndən sonra evində gizli kamera quraşdırıb.

Gizli kamera dayənin, uşaq yemək yeməkdən imtina edərkən onu döydüyünü, döşəməyə atdığını və ayağı ilə təpiklədiyini qeydə alıb.

Jolly Tumuhirwe məhkəmə, valideynlər və uqandalılardan onu bağışlamalarını xahiş edib.

Dayə üzr istədiyi zaman, məlumata görə, qızın atası kövrəlib.

Vəkilsiz

Gizli kamera ilə çəkilmiş video social mediada minlərlə uqandalı istifadəçinin marağına səbəb olaraq onlarda dayəyə qarşı qəzəb hissi oyadıb.

Qızın atası gizli çəkiliş apardıqdan sonra hadisə barədə polisə xəbər verib.

Fotonun müəllifi noncredit
Image caption Uqandalı dayə körpəni döydüyünə görə 15 il il həbs cəzası ala bilər.

Məhkəmə qarşısına vəkilsiz çıxan Jolly Tumuhirwe-ə, Uqanda qanunvericiliyinə görə, 15 illik həbs cəzası, və ya 400 dollar məbləğində cərimə, yaxud da bu cəzaların hər ikisi kəsilə bilər.

Uqandanın aparıcı vəkillərindən biri onu müdafiə etmək arzusunda olsa da, bu barədə məhkəməyə rəsmi müraciət etmədiyinə görə, ona mühakimə edilən dayəyə məhkəmə prosesində vəkillik etmək icazəsi verilməyib.

Məhkəmə son qərarı vermək üçün iclasında 2 günlük fasilə elan edib.