Çin polisi "yoxa çıxmış" vyetnamlı gəlinləri axtarır

Çin Fotonun müəllifi AFP
Image caption Çində yerli xanım tapa bilməyən kişilərin çoxu vyetnamlı qadınlarla evlənirlər

Çin hakimiyyəti Hebei vilayətində 100-dən çox vyetnamlı gəlinin yoxa çıxması barədə istintaq aparır, yerli media xəbər verir.

Handan şəhəri yaxınlığındakı kəndlərdə yaşayan kişilərə evlənmiş qadınlar kütləvi şəkildə noyabrın sonunda yox olublar, məlumatlarda deyilir.

Onların evliliyini təşkil edən, Çində yaşayan vyetnamlı qadın həmçinin yox idi.

Çində gender baxımından qeyri-bərabərlik nəticəsində daha kasıb kişilər Cənubi Şərqi Asiyadan olan qadınlarla evlənir.

Kütləvi yoxa çıxmada "mütəşəkkil qrupun" rolu ola bilər, China Daily rəsmidən sitat gətirir.

Subay kişilər onları gəlinlərlə tanış edən qadına on minlərlə yuan (minlərlə AZN) ödəmişdi.

İlin əvvəlində o, Hebei vilayətində müştərilər axtarıb və 115 000 yuana (15 000 AZN) onlara gəlin tapacağına söz verib, məlumatlarda deyilir.

Deyilənə görə, noyabrın 20-də qadınlar ərlərinə demişdilər ki, digər vyetnamlı gəlinlərlə yemək yeyirlər. Bundan sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb.

Kişilər evliliyi təşkil edən qadının evinə gedəndə onlar aşkar ediblər ki, o, bir neçə gün öncə çıxıb getmişdi.

Jinghua Daily məlumat verir ki, ən azı bir qadın bundan sonra qayıtmışdı. O deyib ki, yeməkdən sonra "huşunu itirib" və oyananda ərinin yaşadığı kənddən uzaq bir yerdə yeləşən evdə idi.

Ona deyilmişdi ki, o, "başqa bir ər tapmaq üçün" başqa yerə gedəcək. Qadın evdən qaça bilib və öz kəndinə qayıdandan sonra polisə şikayət edib.

Çinin "bir uşaq" siyasətinə görə Çində gender baxımından qeyri-bərabərlik yaranıb: burada qızlardan çox oğullara üstünlük verilir.