Sony kiber hücumu: Şimali Koreyaya qarşı ABŞ sanksiyaları

Obama, Kim Jong-un Fotonun müəllifi AP

Sony Pictures şirkətinə kiber hücuma cavab olaraq ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Cümə günü Prezident Barack Obama üç Şimali Koreya şirkətinə və 10 şəxsə qarşı sanksiyalara icazə verən sərəncam imzalayıb.

Ağ Ev deyib ki, bu addım Şimali Koreyanın "təxribatçı, stabilliyi pozan və repressiv fəaliyyətinə" cavab olaraq atılıb.

Şimali Koreyanın nüvə proqramına görə ABŞ sanksiyaları artıq mövcud idi.

Amma məlumata görə bu, ilk dəfədir ki, ABŞ Amerika şirkətinə edilən kiber hücuma görə hər hansı ölkəni cəzalandırıb.

Sanksiyalarda aşağıdakıların adları çəkilir:

  • Baş Kəşfiyyat Bürosu: Şimali Koreyanın əsas kəşfiyyat qurumu.
  • Komid: Şimali Koreyanın əsas silah alverçisi
  • Jang Song Chol: ABŞ-ın dediyinə görə, Komid-in Rusiyadakı təmşilçisi və hökumət rəsmisidir
  • Kim Yong Chol: ABŞ-a əsasən Şimali Koreya hökumət rəsmisi və Komid-in İrandakı nümayəndəsi.
  • Ryu JinKang Ryong: Komid rəsmiləri və Suriyada fəaliyyət göstərən hökumət rəsmiləri, ABŞ deyir.

Ağ Ev rəsmiləri müxbirlərə deyiblər ki, sanksiyalar Sony hücumuna cavab olaraq tətbiq olunsa da hədəfə alınan şəxslər və qurumların kiber hücuma birbaşa aidiyyatı yoxdur.

Sanksiyalar gələcək kiber hücumlardan çəkindirmək üçün Şimali Koreyanın müdafiə sənayesini daha da təcrid etmək məqsədini daşıyır.

Federal Təhqiqat Bürosu və Prezident Obama deyiblər ki, hücumun Şimali Koreya tərəfindən həyata keçirildiyini düşünürlər. Amma bəzi kiber-təhlükəsizlik ekspertləri buna şübhə ilə yanaşıblar.

Bu barədə daha geniş