Rublun qiyməti yenidən düşüb

Fotonun müəllifi Reuters

Neftin ucuzlaşması fonunda rubl yenidən dəyərini itirib. Brent markalı neftin qiyməti 52 dollardan aşağı düşüb.

Dollar və avro artəq ikinci gündür ki, qalxmaqda davam edir.

2015-ci ilin əvvəlindən dolların qiyməti 7,1 rubla və yaxud da 12,7 faiz artıb.

Həmin müddət ərzində avronun dəyəri də 6,25 (9,1 faiz) rubla artıb.

Dekabrın 31-də Rusiyanın Mərkəzi Bankı yanvarın 1-dən 12-dək dolların rəsmi məzənnəsinin 56,24 - avron kursunun isə 68,37 rubl olacağını bildirib.

Mərkəzi Bank həftə günlərində xüsusi əmrlə xarici valyutaların rəsmi kurslarını müəyyən edir. Həmin məzənnələr əsasən gömrük hesablaşmlarında istifadə olunur.

Çərşənbə axşamı Moskva birjasındakı alqı-satqı sessiyasının əvvəlində dolların məzənnəsi rubla nisbətdə aşağı düşüb.

Ticarət başlayarkən dollara 60,1-61,33 təklif olunub və daha sonra onun məzənnəsi 60,82 səviyyəsində sabitləşib.

Beləliklə öncəki günün sonu ilə müqayisədə rusiya valyutasının dəyəri 0,03 rubl artıb.

Çərşənbə axşamı sessiyasında avronun məzənnəsi rubla nisbətdə cuzi artararaq 72,8 rubla çatıb.

Bu barədə daha geniş