Brent markalı neftin qiyməti 50 dollardan aşağıdır

Fotonun müəllifi AP

Brent markalı neftin qiyməti 2009-cu ilin may ayından bəri ilk dəfədir ki, 50 dollardan aşağı düşüb.

Çərşənbə günü səhər saatlarında neftin bir barelə qiyməti 49,92 dollar olub, az sonra isə 50 dollar səviyyəsindən yuxarı qalxıb.

Qlobal inkişaf sürətinin azalması və neft və qazın təchizatında artım nəticəsində son həftələr ərzində qiymətlər kəskin surətdə azalıb.

ABŞ-da satılan West Texas Intermediate markalı neftin qiyməti artıq 50 dollar həddindən aşağı düşmüşdü.

Təhlilçilər neftin qiymətinin daha da aşağı düşəcəyini proqnozlaşdırırlar: Şimali Amerikada şist neftinin və qazının təchizatı artır, OPEC isə qiymətləri sabitləşdirmək üçün hasilatı azalmaq çağırışlarına qarşı durur.

Bu barədə daha geniş