Şəkillər: Sincanın rəngarəng təbliğatı

BBC Çinin qərbindəki Sincan vilayətində divar təbliğatı nümunələrinə həsr edilmiş fotoreportaj hazırlayıb.

Sincan.
Şəklin alt yazısı,

Çin höküməti "dini extermizmdən köklənən terrorçuluğa qarşı mübarizə" adı altında ölkənin qərbindəki Sincan bölgəsində uyğur icmasına sərt qaydalar tətbiq edir.

Şəklin alt yazısı,

Kaşqar rayonunda əhalinin 90%-i uyğurlardır. Məsçidlə qonşu binanın divarına çəkilmiş bu rəsm Çin hökümətinin nəyi "yaxşı", nəyi "pis" hesab etdiyini göstərir.

Şəklin alt yazısı,

Bu divar rəsmlərinin müəllifi məlum olmasada, rəsmlərin hökümətin icazəsiylə çəkildiyi aydındır. Hökümət uyğurların Pakistan və Əfqanıstanda hazırlanmış videolar vasitəsilə radikallaşdığı zənn edir. Peyk qəbulediciləri Çində çox ucuz olsada icazəsiz qurulması qeyri-qanunidir.

Şəklin alt yazısı,

Bəzi yerlərdə qadınlara üzü örtən geyimdə gəzmək qadağandır. Bu divar rəsmində soldakı qadının geyimi qadağa altındadır, sağdakı cütlük kimi qyinmək isə təqdirəlayıq sayılır.

Şəklin alt yazısı,

Bu şəkildə asfalt çəkən traktor bıcaqla silahlanmış uyğurların üstündən keçir.

Şəklin alt yazısı,

Sincanda son dövrdə zorakı hücumların çoxu bıçaq silahı ilə edilib. Sincanın bəzi yerlərində indi uğurlara bıcaq əldə etmək qadağan olunub.

Şəklin alt yazısı,

Rəsmi Pekin terrorçularla mübarizəni küçələri sıçövullardan təmizləməyə bənzədir

Şəklin alt yazısı,

Digər rəsmdə terrorçuların üzərində Çin dövlət qerbi görünən balta ilə baltalandıqığı təsvir edilib.

Şəklin alt yazısı,

Silahlı təhlükəsizlik qüvvələri əsgərləri Sincan küçələrində adi mənzərələrdən biridir. Küçələrdə uyğur gənclərinin saxlanılıb yoxlanılması tez-tez baş verir. Bu şəkildə başları üzərində göyərçinlər uçansilahlı təhlükəsizlik əsgərləri təsvir ediliblər.

Şəklin alt yazısı,

Çin dövlət bayrağı fonunda uyğurlar çin dilində kitab oxuyuirlar. Hökümət hesab edir ki,uyğurlar ilk növbədə çin vətəndaşı, yalnız bundan sonra müsəlman olduğlarını hiss etməlidirlər.

Şəklin alt yazısı,

Hökümət 18 yaşı olmayanlara məsçidə girişi yasaqlayıb. Məsçidə getmək eləcə də partiya üzvləri və hökümət rəsmiləri üçün qadağan edilib.

Şəklin alt yazısı,

Hökümət uyğur uşaqlarının məsçidə yox, məktəbə getməsini tələb edir.

Şəklin alt yazısı,

Bu şəkildə cütlük arasında kəbin kəsdirmə mərasimini imam tərəfindən xəlvətcə yerinə yetirildiyi təsvir olunub. Çində dini adətlə kəbinlərin kəsilməsi qadağandır. kəsi

Şəklin alt yazısı,

Çin höküməti gənc uyğurlara saqqal, uyğur qadınlara isə üzü örtməyi qadağan edib. Bu tədbirlər "Gözəllik layihəsi" adlı kampaniya çərçivəsində həyata keçirilir.

Şəklin alt yazısı,

Çin höküməti etnik çinlilərlə uyğurlar arasında cəmiyyətdə əminamanlıq mühitinin yaranmasını arzulayır. Ötən 30 il ərzində Sincana çoxli sayda etkin çin əhalisi köçüb. Bu yerli uyğurların narazılığına səbəb olub. Uyğurlar mədəniyyətlərinin çoxsaylı çin icması içində əriyəcəyindən ehtiyyat edirlər.