Şəkillərdə: Doğuş sonrası ilk anlar

Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gəlmiş körpələrin həyatının ilk anları fotolentə alınıb.

CESAR # 10 Steven
Şəklin alt yazısı,

Fransalı fotoqraf Christian Berthelot qeysəriyyə kəsiyi əməliyyatı vasitəsilə dünyaya gələn körpələrin həyatının ilk anlarını lentə alıb. (Steven, 21 dekabr 2013-cü il, 16:31-da doğulub, çəkisi 2.425kg, fotosu doğuşdan 15 saniyə sonra çəkilib)

Şəklin alt yazısı,

Uşaqların hamsı qeysəriyyə əməliyyatı nəticəsində doğulub və dünyaya gəldikdən dərhal sonra, yeni həyatlarının ilk anları, ilk saniyələri lentə alınıb. Romane, 20 May 2014-cü ildə, 10:51-də doğulub, çəkisi 2.935kg, lentə doğulandan 8 saniyə sonra alınıb)

Şəklin alt yazısı,

Müəllif fotolarında yeni insanın dünyaya gəlişinin unikallığını, təkrarsızlığını və eyni zamanda bu prossesin ağrılığını və cazibəliyini çatdıra bilib. (Kevin 27 dekabr 2013-cü ildə 10:36-da doğulub, çəkisi 4.366kg, doğulandan 13 saniyə sonra lentə alınıb)

Şəklin alt yazısı,

'Cesar' foto layihəsinə 2013-cü ildə start verilib. Doğuş zamanı cərrahların yanında dura bilmək üçün Berthelot həm həkimlərdən, həm də gələcək analardan icazıə almalı olub.(Maël 13 dekabr 2013-cü ildə saat 16:52-də doğulub, çəkisi 2.800kg, doğulandan 18 saniyə sonra lentə alınıb)

Şəklin alt yazısı,

Şəkillərdə əks olunmuş körpələrdə kimi dünyaya sakit, kimi səs-küylə gəlib, lakin onların hamısı hamısı doğuşdan sağ-salamat çıxıb, Berthelot qeyd edib. (Liza, 26 fevral 2013-cü ildə saat 08:45-də doğulub, çəkisi 3.2kg, lentə doğulduqdan 3 saniyə sonra alınıb)

Şəklin alt yazısı,

CESAR layihəsi "Circulation(s) Festival of Young European" adlı festival çərçivəsində həyata keçirlib. Foto-sərgi Parisin Centquatre mərkəzində bu ilin martın 5- dək davam edəcək. (Louann, 12 aprel 2013-cü ildə saat 08:40-da doğulub, çəkisi 3.574kg, doğulduqdan 14 saniyə sonra lentə alınıb)