Avstraliya XİN başçısı Putini qəzəblənmiş smayliklə təsvir edib

smaylik Fotonun müəllifi spl
Image caption Avstraliya dipolomatiyasının başçısı müsahibənin bütün suallarına smayliklərlə cavab verib.

Avstraliya Xarici İşlər naziri Julie Bishop BuzzFeed əyləncə-xəbər portalına qeyri-adi müsahibə verib.

Müsahibənin qeyri-adiliyi nazirin portalın bütün suallarına smaylik və sms yazışmasında işlənən digər işarələrlə cavab verməsində olub.

Bu müsahibə gedişində məlum olub kı, Avstraliya XİN başçısı Rusiya prezidenti Vladimir Putini sifəti qıp-qırmızı qızarmış "qəzəbli" smayliklə eyniləşdirir.

Fotonun müəllifi BBC World Service

Avstraliyanın Çin və ABŞ ilə münasibətlərini necə qiymətləndirdiyi sualını isə Julie Bishop sifətində "bəyənmə" ifadəsi olan smayliklə cavablandırıb.

LQBT nikahlarına münasibət barədə suala Avstraliya XİN başçısı "ikiəlli dəstək" işarəli smayliklə cavab verib.

Müsahibə 58 yaşlı siyasətçinin qaçmağı və rəqs etməyi xoşladığını aşkar edib.

Ev heyvanlarından Bishop pişiklərə üstünlük verir, özünə ən yaxın heyvanın isə meymun olduğunu düşünür.

Avstraliyanın baş naziri Tonny Ebbotu isə nazir Julie Bishop "qaçış adamı" adlandırıb.