Brent markalı neftin qiyməti 62 dollara çatıb

Brent Fotonun müəllifi Reuters
Image caption Brent nefti bahalaşıb

Bahalaşmaqda olan Brent markalı neftin qiyməti çərşənbə axşamı günü son 2 ayın maksimum göstəricisinə çatıb.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel ayı üçün keçirilən fyuçers əməliyyatlarında 1 barrel neft üçün 62,12 dollar qiymət təklifi qeydə alınıb.

Təhlilçilər indiki artım fazasının nisbətən qısamüddətli ola biləcəyini istisna etmirlər.

Ekspertlər xatırladırlar kı, dünya neft bazarında hazırda təklif tələbatı üstələyir, neft hasilatı tempi isə əvvəlkitək yüksək olaraq qalmaqdadır.