İbtidai məktəblər "seks və əlaqələr" dərsini keçməlidir - millət vəkilləri

İngiltərədə bütün ibtidai və orta məktəblərdə seks və əlaqələr barədə dərslər keçirilməlidir, millət vəkillərinin hesabatında deyilir.

Təhsil Standartları Ofisi (Ofsted) məktəblərin əksəriyyətində yaşa uyğyn seks və əlaqələr dərslərinin keçirilməməsini aşkar edəndən sonra İcmalar Palatasının Təhsil Komitəsi istintaq aparmaq qərarına gəlmişdi.

"Gənclərin onları qoruyacaq məlumata sahib olmaq hüququ var", Komitənin sədri Graham Stuart millət vəkillərinə deyib.

Hesabata əsasən şəxsi, sosial, səhiyyə və iqtisadi təhsil (PHSE) fənninə qanunla müəyyən edilmiş status verilməlidir, hazırda isə fənnin statusu ilə bağlı "qeyri-müəyyənlik" mövcuddur.

Hökumət deyib ki, istintaqın nəticələrinə diqqətlə baxacaq.

Komitənin hesabatında qeyd olunur ki, ibtidai məktəblərdə seks və əlaqələr barədə dərin məlumat verilməli deyil, yalnız tədris planının şərtləndirdiyi elementar bioloji cəhətlərini izah edilməlidir.

Komitə həmçinin qeyd edib ki, bu fənnin hüquqi statusunun olmamasına görə o, tez-tez kənarlaşdırılır, müəllimlərə isə davamlı peşəkar təlimlər verilmir.