Ukrayna münaqişəsi: Atəşkəsə rəğmən Debaltseve üçün döyüş davam edir

Fotonun müəllifi Reuters

Ötən həftə imzalanan atəşkəs sazişinə baxmayaraq Ukraynanın strateji əhəmiyyət daşıyan Debaltseve şəhərində döyüşlərin davam etməsinə dair məlumatlar var.

Üsyançılar deyirlər ki, Debaltsevenin əksəriyyətini ələ keçiriblər, hökumət isə hələ də şəhərə nəzarət etdiyini bildirir.

Atəşkəsə riayət edilib-edilməməsini izləyən beynəlxalq müşahidəçilər şəhərə daxil ola bilməyiblər.

Bundan savayı, son möhlət bazar ertəsinin sonu olsa da, hər iki tərəf təmas xəttindən ağır artilleriyanın çəkilməsi barədə qaydalara əməl etməyib.

Minsk razılığına görə, tərəflərə silahların geri çəkilməsi üçün iki gün verilmişdi.

Fotonun müəllifi Reuters

Kiyev hakimiyyəti bildirib ki, Debaltsevedə döyüşlər bitməyincə geri çəkilməyəcək.

Separatçılar da qeyd edib ki, Debaltsevedə razılaşmanın qaydalarına əməl edilmir, çünki şəhər mühasirədədir.

Bundan əvvəl, onlar ukraynalı əsgərlərin çıxması üçün dəhliz yaratmağı təklif ediblər, amma bu, yalnız onların silahsız tərk etməsi şərtilə ola bilərdi.

Ukraynanın hərbi komandiri bazar günü deyib ki, separatçılar 112 dəfə atəşkəsi pozub.

Mariupolda da hərbi əməliyyatlar davam edir.

Buarada isə Fransa, Almaniya və ABŞ Ukraynanın şərqində təhlükəsizliyin pozulmasından narahatlığını bildirib.

Bu barədə daha geniş