Ukrayna qoşunları Debaltseve şəhərindən çıxır

Debaltsevo Fotonun müəllifi Reuters
Image caption Ukrayna qoşunları Debaltsevo şəhərindən geri çəkilir

Ukrayna prezidenti deyir ki, hökumət qüvvələri Debaltseve şəhərindən "mütəşəkkil şəkildə" çıxır.

Petro Poroşenkonun sözlərinə görə, çərşənbə günü səhər Ukrayna qoşunlarının 80 faizi şəhərdən çıxıb, bundan sonra qalan hissələr də çıxacaq.

Son həftələr ərzində strateji əhəmiyyət daşıyan şəhər üçün kəskin döyüşlər gedib və atəşkəs sazişinə baxmayaraq davam edib.

Rusiyapərəst üsyançılar ərazilərin əksəriyyətini ələ keçirib.