Çin Yeni İli qeyd olunmağa başlayıb

Sərnişinlər Fotonun müəllifi BBC World Service
Image caption Bayram günləri ərəfəsində yüz milyonlarla çinli evə qayıdır

Asiyanın bir çox ölkələrində Ay Yeni İli (və ya Çin Yeni İli) qeyd olunmağa başlayıb. Bu il - qoyun ilidir.

Yüz milyonlarla çinli bayramı qeyd etmək üçün evinə qayıdır, bu isə dünyada insanların ən böyük miqrasiya halı kimi qiymətləndirilir.

Dövlət mediası deyir ki, 40 gün ərzində təyyarə, qatar və maşın vasitəsilə təxminən üç milyard reys ediləcək.

Tayvan, Sinqapur və Malayziya kimi etnik çinlilərin çox olduğu ölkələrdə də bu gün dövlət bayramı kimi qeyd olunur.

Fotonun müəllifi BBC World Service
Fotonun müəllifi BBC World Service
Fotonun müəllifi BBC World Service

Vyetnamda "Tet", Cənubi Koreyada isə "Seollal" kimi tanınan festival zamanı ənənəvi olaraq ailə ilə vaxt keçirməyə üstünlük verilir.

Çərşənbə axşamı günü Xalqın Böyük Zalında çıxış edən Çin prezidenti Xi Jinping bütün çinliləri Ay Yeni İli münasibətilə təbrik edib.