Rusiya Baltika üçün "gerçək təhlükədir" - Britaniya

Fallon Fotonun müəllifi Getty
Image caption Britaniya Müdafiə katibi Michael Fallon Rusiyanın Baltik regionuna təhlükə olduğunu deyir

Britaniya müdafiə naziri Michael Fallon Rusiyanın Baltik dövlətləri - Latviya, Litva və Estoniya - üçün "gerçək təhlükə" olduğunu qeyd edib.

The Times və Daily Telegraph qəzetləri əməkdaşlarına danışan Michael Fallon, Rusiya prezidenti Vladimir Putin tərəfindən NATO üzvü olan keçmiş sovet respublikalarına göstərilən təzyiqdən narahat olduğunu bildirib.

Britaniya rəsmisinin fikrincə, Rusiya Ukraynada istifadə etdiyi üsuldan Baltik dövlətlərinə qarşı da istifadə edə bilər.

O, Moskvanın Krım və Ukraynada istifadə edilən xəlvəti taktikadan Baltik dövlətlərinə qarşı da istifadə edə biləcəyindən, NATO-nu sınağa çəkməsindən narahat olduğunu vurğulayıb.

Michael Fallon hesab edir ki, NATO Rusiyanın "hansı formada olursa olsun təcavüzünə" hazır olmalıdır.

Britaniya Müdafiə katibinin bəyanatından əvvəl Baş nazir David Cameron Rusiyanın Ukraynada həyata keçirdiyi siyasətlə bağlı Avropaya çağırış etmişdi.

Baş nazirin qənaətincə, Rusiyaya anladılmalıdır kı, Ukraynanın sabitliyini pozmaqdan əl çəkməsə, uzun müddət ərzində bunun iqtisadi və maliyyə fəsadlarnı hiss etməli olacaq.

Rəsmi Moskva rusiyapərəst separatçılara yardım göstərməsi barədə ittihamları rədd edir.

Bu barədə daha geniş