ABŞ "İslam dinini təhrif edənlərlə" mübarizə aparır

Fotonun müəllifi EPA

Prezident Barack Obama deyib ki, ABŞ İslam dini ilə deyil, dini təhrif edənlərlə mübarizə aparır.

O həmçinin deyib ki, din ona inananların cinayətlərinə görə cavabdeh deyil.

"Biz İslamla döyüşmürük. Biz İslamı təhrif edənlərlə döyüşürük", ABŞ prezidenti deyib.

Onun sözlərinə görə, İslam Dövlət qruplaşması kimi təşkilatların hərəkətləri dini deyil, terrordur.

Üç günlük terrorçuluqla mübarizə konfransına 60-dan çox ölkənin nümayəndəsi gəlib.

ABŞ bildirir ki, Suriya və İraqda 20 minə yaxın xarici döyüşçü İD tərəfdə döyüşür.

"Dünya nəsə yaxşı təklif verməlidir".

ABŞ İraqda İD-lə mübarizə üçün hökümət koalisiyasına yardım edir.

Lakin ekstremizmlə mübarizə təkcə müharibə yolu ilə aparılmamalıdır, cənab Obama vurğulayıb.

Amerikalı lider deyib ki, Yerli icmalar da öz sözünü deməlidir, çünki məhz onlar ilk növbədə qurbanlara çevrilir.

Bu barədə daha geniş