İraq və kürd qüvvələri Mosula hücum edə bilər

Fotonun müəllifi AP
Image caption Hazırda Mosul şəhəri İD-ın əlindədir.

Amerika hərbçilərinin nümayəndələri xəbər veriblər ki, İraq və kürd qüvvələri İraqın ikinci ən böyük şəhəri olan Mosul üzərinə hücum həyata keçirmək niyyətindədir.

Hazırda şəhər "İslam dövləti" hərəkatı yaraqlılarının əlindədir.

ABŞ Mərkəzi komandanlığının nümayəndələri bildiriblər ki, Amerika təlimatçıları tərəfindən hazırlanmış 25 min hərbçinin iştirak edəcəyi hücum aprel-may aylarında mümkün ola bilər.

BBC-nin Vaşinqtondakı müxbiri qeyd edib ki, hücum planlarının belə açıqlanması bir qədər qeyri-adidir.

Lakin ABŞ iddia edir ki, hazırda bu ərazidə islamçıların qüvvələri onsuz da geri çəkilir.

Bu barədə daha geniş