Üç britaniyalı məktəbli qız "Suriyaya gedir"

məktəbli qızlar Fotonun müəllifi BBC World Service
Image caption Polis Gatwick Hava Limanındakı üç qızın CCTV görüntülərini açıqlayıb

Şərqi Londondan olan üç itkin məktəbli qızın Türkiyədən keçərək Suriyaya səyahət etdiyi güman edilir, polis bildirib.

15 yaşlı Shamima Begum, 16 yaşlı Kadiza Sultan və adı açıqlanmayan 15 yaşlı qız çərşənbə axşamı Gatwick hava limanından İstanbula uçub.

Komandir Richard Walton, polisin sosial media vasitəsilə müraciətindən sonra qızların Suriyaya keçməyəcəyinə ümid etdiyini bildirib.

Həmçinin oxuyun: Təhlil: qərbli qadınlar İD sıralarına niyə qatılırlar?

Üçlük dekabr ayında Suriyaya getmiş dördüncü qızla rəfiqədir.

Image caption 16 yaşlı Kadiza Sultana və onun iki rəfiqəsi cümə axşamı Türkiyəyə gedib

Metropolitan polisi, terrorizm əleyhinə komandanın rəhbəri olan cənab Walton bildirib ki, onlar gənc qızlar arasında İslam Dövləti adlanan terrorist qrupa qoşulmaq istəyinin və ya marağının artmasından "getdikcə daha çox narahat" olurlar.

Cənab Walton qızların hələ də Türkiyədə olduğuna inandığını bildirib.

Türk Hava Yollarının təyyarəsinə minən qızlar cümə axşamı Türkiyədə yerə eniblər.

Ailəsinin xahişi ilə üçüncü qızın adı açıqlanmır.

Bu barədə daha geniş