ABŞ və Türkiyə Suriya müxalifətçilərinə hərbi təlim keçməyi planlayır

Fotonun müəllifi AFP

ABŞ və Türkiyə mötədil Suriya müxalifətinin nümayəndələrini birlikdə təlimləndirmək və silahlandırmaq niyyətində olduqlarını ifadə edən razılaşma imzalayıb.

Bu qrup sonradan "İslam dövləti" yaraqlıları ilə mübarizə aparacaq.

Türkiyənin mərkəzi hissəsində baş tutacaq hazırlıq martda başlayacaq və onun ilk buraxılışı ilin axırında olacaq.

Razılıq Vaşinqton və Ankara arasında ir sıra açıq fikir ayrılıqlarından sonra əldə olunub.

ABŞ israr edirdi ki, əsas hədəf radikal islamçılar olmalıdır.

Türkiyə isə Suriya prezidenti Bəşər Əl-Əsədin devrilməsini də eyni dərəcədə vacib vəzifə hesab edir.

Bu barədə daha geniş