Torch qülləsi: Dünyanın ən hündür binalarından birində yanğın

Fotonun müəllifi AP

Dünyanın ən hündür binalarından biri olan Dubaydakı Torch qülləsində böyük yanğın baş verib.

Güclü küləklərə görə yanğın 336,1 metrlik binaya yayılıb, lakin daha sonra söndürülüb.

Yanğının səbəbi hələ ki, bilinmir. Yüzlərlə adam evakuasiya edilib və xəsarət alanların olmadığı deyilir.

"Bir saat yarım ərzində yanğın təxminən 60 mərtəbədə demək olar ki, söndürülüb", şahid Rola BBC-ə deyib.

Onun sözlərinə görə, görünür ki, yanğın 50-ci mərtəbədə başlayıb.

Məlumata görə, yanğın yerli vaxtla bazar günü səhər saat 3 radələrində başlayıb.