Səüdiyyə Ərəbistanı: "Ədəbsiz rəqs" edənlər həbs olunub

Fotonun müəllifi Getty

Səüdiyyə Ərəbistanında "ədəbsiz rəqslərə" görə həbslər keçirlib.

Yerli mətbuatın xəbər verdiyinə görə, əxlaq polisi bir qrup gənci ad günü məclisində rəqs etdiklərinə görə həbs edib.

Hökümətpərəst "Ayn əl-Yum" saytının yaydığı məlumata əsasən, onlar Səüdiyyə Ərəbistanın mühafizəkar adətlərilə tanınan Burayda şəhərində Əxlaq və Tərbiyyə Komitəsi əməkdaşları tərəfindən həbs olunub.

Məlumata görə, Komitə əməkdaşları özəl evlərdən birində "səs-küylü musiqi çaldırıldığı və ədəbsiz rəqslər edildiyinə görə" axtarış apararaq oradakı bütün kişiləri həbs ediblər.

Polis irəli sürülmüş ittihamları araşdırır.