Oscar- 2015 mükafatlandırma mərasimi keçirilib

Fotonun müəllifi GETTY

Polşalı rejissor Pavel Pavelskinin İda filmi "xarici dildə ən yaxşı film" nominasiyasında Amerika Kino İncəsənəti mükafatı Oscara layiq görülüb.

Bu nominasiyada qalmaqallı və bir çox beynəlxalq mükafatlar almış Leviafan filmi də nominant idi.

"Həyat surprizlərlə doludur", Pavelski Nikol Kidman onun adını çəkdikdən sonra deyib.

1960-cı illərdə Polşada vaqe olan hadisələrdən danışan İda filmi rahibə olmaq istəyən gənc qızın İkinci Dünya Müharibəsi zamanı nasistlərin əlindən qurtulmaq üçün monastra verildiyi və əslində yəhudi olmasından bəhs edir.

Fotonun müəllifi Reuters

"Ən yaxşı aktrisa" nominasiyasında Still Alice filminə görə Julianne Moore Oscar alıb.

"Ən yaxşı aktyor" isə The theory of Everything filminə görə, Eddie Redmayne-dur.

Fotonun müəllifi Reuters

Redmayne bu mükafatı ilk nominantlıqdan alsa da, Moor isə 5 dəfə nominant olub və bu dəfə qalibdir.

"Ən yaxşı film" isə Alejandro González Iñárritunun Birdman filmi seçilib.

Iñárritu, həmçinin ilin "ən yaxşı rejissoru" adlanıb.

Bu barədə daha geniş