Misirin Sinay polis bazasına ölümcül bomba hücumu olub

sinai Fotonun müəllifi AP

İntiharçı Misirin Sinay yarımadasındakı polis kazarmasına hücum edib. Bombalı hücum nəticəsində bir mülki şəxsi həlak olub, 24 polis işçisi isə yaralanıb, rəsmilər deyir.

Hücum çərşənbə axşamı, səhər tezdən, Əl-Araş əyalətinin mərkəzi şəhərində baş verib, mənbədən bildirilir.

Hadisə bölgədə keçirilməsi planlaşdırılan böyük investisiya konfransı ərəfəsində baş verib.

Misir uzun müddətdir ki, Sinay yarımadasında islamçı qiyamçılara qarşı mübarizə aparır. Onlar 2013-cü ildə prezident Morsinin devrilməsindən sonra daha da fəallaşıblar.

Daha əvvəl baş vermiş hücumlara görə Ənsar Beyt Əl-Məqdis (Qüds Çempionları) kimi tanınan qruplaşma günahlandırılır.

Lakin çərşənbə axşamı baş vermiş hücuma görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb.

Reuters xəbər agentliyinə danışan təhülkəsizlik mənbələri bildirib ki, polis bombaçının kazarmaya daxil olmasının qarşısını alıb və mülki şəxs hücum baş verərkən oradan təsadüfən keçib.

Bu barədə daha geniş