150 adam daşıyan Airbus A320 təyyarəsi qəzaya uğrayıb

Fotonun müəllifi BBC World Service

Fransa Alp Dağlarında, Barselonet ilə Din arasında Airbus A320 təyyarəsi qəzaya uğrayıb, Fransa aviasiya rəsmiləri və polis bildirib.

Təyyarə Almaniyanın ucuz tarifli Germanwings hava nəqliyyat şirkətinə məxsusdur. Germanwings - Lufthansa şirkətinin filialıdır.

Fotonun müəllifi Reuters
Image caption Germanwings şirkəti İspaniyaya gedən Alman turistləri arasında populyar olub.

Məlumata görə, Barselonadan Düsseldorf şəhərinə uçan təyyarədə 144 sərnişin və altı ekipaj üzvü vardı.

Fotonun müəllifi Getty
Image caption Xəbər Düsseldorf hava limanında sarsıntı yaradıb.

Fransa prezidenti Francois Hollande deyib: "Qəzanın baş verdiyi ... şəraitlərə görə düşünürük ki, sağ qalan yoxdur".

Cənab Hollande qəzanı faciə adlandırıb və əlavə edib ki, hadisənin baş verdiyi ərazini qiymətləndirmək çətindir.

AFP xəbər agentliyinin sitat gətirdiyi mənbələrə əsasən təyyarə saat 10:47-də həyəcan qaldırmışdı.