Sarkozynin partiyası seçkilərdə qələbə çalır

Fotonun müəllifi BBC World Service

Ekzit-pollara görə Fransada keçirilən yerli seçkilərin ikinci turunda Nicolas Sarkozynin "Xalq Hərəkatı Uğrunda İttifaqı" başda olmaqla mərkəz sağçılar qələbə çalırlar.

Bir çoxları bu seçkilərdə səsvermənin nəticələrini 2017-ci ildə yeni prezidenti seçməli olan fransızların əhvalının indikatoru hesab edirlər.

İctimai rəyi öyrənən sorğulara görə hakim Sosialist partiyası təxminən 30 şurada mövqelərini itirdiyi halda Sarkozynin partiyası 60-dan çox yerli şurada qalib gəlməyə nail olub.

Fransa mətbuatı xəbər verib ki, Marin Le Penin ultrasağçı "Milli cəbhə"si də öz mövqelərini möhkəmləndirib.

Lakin onun ölkədə yerli şuralardan heç olmasa birini tam nəzarət altına almağa nail olub-olmayacağı hələlik məlum deyil.