#BBCAzeriTrending: Bu həftə trendlərdə

Bu həftə ərzində İnternetdə ən çox nələr müzakirə olunub? BBC Azərbaycancanın həftəlik trendlər icmalı sosial medianın diqqət yetirdiyi hadisələrə nəzər salır.

Kim Kardashian Yerevanda

Amerikalı sosialite və realitişou ulduzu Kim Kardashian Ermənistan paytaxtı Yerevana ilk səfərini edəndən sonra bütün dünyada sosial media bu barədə danışıb.

Fotonun müəllifi AFP
Image caption Kim Kardashian, əri Kanye West və qızı North Yerevandakı Geghard Monastırında

Azərbaycanda da Facebook və Twitter istifadəçiləri xəbərə biganə qalmayıb: çoxu hadisənin xəbərlərdə işıqlandırılmasına qarşı olduğunu bildirsə də, Kim Kardashianın səfəri barədə xəbərlər haqqında çoxlu şərhlər gəlib.

"Ermənilərin qüruru elə məhz Kim.K ola bilər, bundan artıq yox", Anar Amirli adlı istifadəçi BBC Azərbaycancanın Facebook səhifəsində yazıb.

"Kim Kardaşyan Ermənistanda niyə belə təmtəraqla qarşılanıb onu anlaya bilmədim", @buqelemunist Twitterdə yazıb.

Atası tərəfindən erməni olan Kim Kardashian öz Twitter səhifəsində səfəri barədə bir neçə dəfə yazıb. Onun tvitlərindən biri: "Mədəniyyətimizdə qadınlar nə qədər güclüdür və onlara nə qədər hörmət göstərilir, bunu sevdim!"

Norveç fermerlərinin mahnısı

Norveçdə kənd təsərrüfatı haqqında mahnı YouTube-da gözlənilməz hitə çevrildi. Amma məsələ təkcə qadın xorunda və ətrafdakı idiliyada deyil: uzun müddətdir ki, ölkədə kənd təsərrüfatının gələcəyi barədə qızğın debat gedir.

Fotonun müəllifi BBC World Service

Videoda quru ot üstündə oturmuş, yaşıl kombinezon geyinmiş gənc qadınlar fermerlərin şərəfinə mahnı oxuyur. Onlar universitet tələbələridir, həm də Pikekoret IVAR adlı xorda oxuyurlar.

"Norveçin fermerə ehtiyacı var!" adlı mahnılarına 163 000-dən çox adam qulaq asıb. Onlar traktor sürür, inəkləri yedizdirir və hamburger yeyirlər: video komik görsənsə də, siyasi məna da daşıyır.

"Bir neçə nəsil fermaya qulluq edib, amma hökumət islahatları normaları məhv edir. Lütfən ölkədə hakimiyyət dəyişsin, olarmı?" - çəng-kürəklə rəqs edən qadınlar oxuyur.

Fotonun müəllifi BBC World Service

Norveç hökuməti fermerlərə verilən subsidiyaların miqdarını azaltmaq və fermaların idarə olunması qaydalarına fundamental dəyişiklər etmək istəyir. Norveç fermerləri dünyada ən yüksək səviyyəli ferma subsidiyaları alanlar arasındadırlar, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı deyir.

Avstraliyada seks işçiləri

Seks işçiləri necə bir insandırlar? Avstraliyada yüzlərlə fahişə sosial mediada bütün dünyaya özləri barədə yazıblar.

Fotonun müəllifi hollyinalbury

"Kollec tələbəsiyəm. Vəkil olmaq istəyirəm. İctimai fəalam. Qızım, bacım var. Seks işçisiyəm. Məni bu həyatdam xilas etmənizi istəmirəm".

Yüzlərlə avstraliyalı seks işçisi #facesofprostitution həştəq-indən istifadə edərək özləri barədə bu kimi məlumatları verirlər.

Bu hashtag-i ötən bazar günü 21 yaşlı seks işçisi və tarix fakültəsinin məzunu Tilly Lawless başlayıb.

Fotonun müəllifi tilly lawless

O, əslində populyar Avstraliya qadın jurnalı "Mama mia"da dərc olunmuş bir bloqa cavab vermişdi. Bloq "fahişə ecazkar şahzadəsinə qovuşur" mövzulu "Gözəlçə" (Pretty Woman) filminin 25 illiyinə həsr olunmuşdu və müəllif yazırdı ki, reallıqda fahişə həyatı daha eybəcərdir.

Kayahana əlvida

Türkiyənin pop ulduzlarından biri, məşhur bəstəkar və müğənni Kayahan 66 yaşında vəfat edəndən sonra həm türk, həm də Azərbaycan sosial media istifadəçiləri təsirlənib.

Fotonun müəllifi hurriiyet.com.tr

BBC Azərbaycanca səhifəsini Facebook-da izləyən istifadəçilərin çoxu xəbəri dərin kədərlə qarşılayıb. "Allah rəhmət etsin bu gözəl insana", Anggun Hayat adlı istifadəçi yazıb. "Doğrudan da bu xəbərə inana bilmirəm hələ də".

Oxucular ən çox bəyəndikləri Kayahan mahnılarının adlarını da paylaşıblar: əsasən "Aşk hikayesi", "365 gün", "Seninle her şeye varım ben" mahnıları qeyd olunub.

Fotonun müəllifi BBC World Service

"'Bir aşk hikayesi' əfsanə mahnılardan biridi artıq", yazıb İvi L-Zadə.

Bu barədə daha geniş