Bu pişik pilləkənlə qalxır yoxsa düşür?

Fotonun müəllifi BBC World Service

İnternetdəki optik aldanma nümunəsi 9gag.com saytının əsas trendinqinə çevrilərək qızğın müzakirələrə səbəb olub.

Ağ-qara şəkildəki pişik pilləkənlərlə qalxır yoxsa aşağı düşür? Internetdə görüntünü müzakirə edənlər bu sualı verirlər.

Şəkil naməlum şəxs tərəfindən İmgur paylaşma saytına 6 gün əvvəl yüklənərək 13 min baxış cəlb edib.

Belə görünür ki, görüntü yeni deyil. O artıq 2013-cü ildə Tehran 98 saytında nəzərə çarpıb.

Bir çoxları şəkil ətrafındakı şərhləri "qızılı geyim"in rəngilə bağlı müzakirələrlə müqayisə edirlər.

Beləki bir neçə həftə bundan əvvəl internetə yerləşdirilmiş bir donun rəngləri kəskin mübahisələr doğurmuşdu: bəziləri onun qızılvari və ağ olduğunu deyirdisə, digərləri donun qara və mavi rəngli olduğunu israrlayırdı.

Fevral ayında Buzzfeed saytındakı məqalədən sonra mövzu ilə bağlı yaradılmış #TheDress həştəqi 20 milyon dəfə paylaşılmışdı.

Oxucuların fikri

BBC Azərbaycancanın Google+ səhifəsindəki sorğuda iştirak edənlərin əksəriyyəti deyib ki, pişik aşağı düşür:

Fotonun müəllifi BBC World Service

"Yuxarı qalxır çünki yerdəki asvalt aydın görsənir", Aze Elshen adlı istifadəçi yazıb.

Ruslan Ferecovun fikrincə "Aşağı düşsəydi pişiyin belinin sümükləri qalxardı yuxarı ... yuxari qalxir pişik".

Rasim190 adlı istifadəçi isə deyir ki, quyrugu yuxarıdır, yuxarı qalxanda isə "pişik quyruğunu aşağı salır".

(Pişiyin qalxıb-düşməsi barədə BBC Trending-in fikri - divarın hörülmə istiqamətinə diqqət yetirin.)

Bu barədə daha geniş