"Forbes": Potanin ən zəngin rusiyalıların siyahısına liderlik edir

potanin Fotonun müəllifi Reuters
Image caption Vladimir Potanin

"Nornikel"in baş direktoru, "İnterros" şirkətinin prezidenti Vladimir Potanin ilk dəfə olaraq "Forbes" jurnalında ən varlı 200 Rusiya biznesmeninin siyahısına birincilik edir.

Jurnal Potaninin sərvətini 15,4 milyard dollar olaraq dəyərləndirib.

Ötən reytinqdə Potanin 8-ci yerdə idi. Beləliklə, onun sərvəti bir ildə 2,8 milyard dollar artıb.

Siyahıda ikinci yeri "Alfa-qrup"un şəriki Mixail Fridman tutur.

İlk onluğa həmçinin "Renova"nın ortağı Viktor Vekselberq (14,2 milyard dollar), "Severstal"ın baş direktoru Aleksey Mordaşov (13 milyard dollar), "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov (12,2 milyard dollar), "Novateka"nın idarə heyətinin sədri Leonid Mixelson (11,7 milyard dollar), NLMK-nın əsas səhmdarı Vladimir Lisin (11,6 milyard dollar), Volga Group şirkətinin sahibi Gennadi Timçenko (10,7 milyard dolar) və "Oneksim" qrupunun sahibi Mixail Proxorov (9,9 milyard dollar) daxildirlər.

Biznesmen Roman Abramoviç 9,1 milyard dollarla 12-ci yerdədir.

Rusiyanınm ən zəngin 200 sahibkarınıln ümumi sərvəti 2014-cü ildəki 481 milyard dollardan 408 milyard dollara enib. Dollar milyarderlərinin sayı isə 111-dən 88-ə düşüb.

2015-ci ilin reytinqdə 11 "təzəgələn" var. Onlardan biri "Proqres" zavodunun şəriki Olqa Belyavtsevadır. Bu zavod "FrutoNyanya" uşaq qidalarını və "Lipetskiy byuvet" mineral suyunu istehsal edir.

Bu barədə daha geniş