Əfqanıstanda linç edilmiş qadına görə 4 nəfər asılacaq

Image caption 28 yaşlı Fərxundanın Quranı öyrəndiyi söylənir.

Əfqanıstanda Quranı yandırmaqda şərlənərək qaragüruh tərəfindən öldürülmüş qadına görə məhkəmə dörd klişini ölüm hökmünə məhkum edib.

28 yaşlı Fərxundanı Quranı yandırmaqda ittiham edirdilər, lakin sonradan onun bunu etmədiyi aydın olub.

Məhkəmə ölüm hökmünü 4 saatlıq dinləmə nəticəsində çıxarıb. Bundan başqa daha 8 nəfər 16 il müddətinə azadlıqdan məhrum edlib. 18 nəfərin təqsiri sübut olunmayıb.

Fərxundanın kütlə tərəfindən öldürülməsi Kabulda böyük etiraz aksiyalarına səbəb olmuşdu.

Fotonun müəllifi AP
Image caption Məhkəmə Əfqanıstan dövlət televiziyası ilə canlı yayınlanıb.

Bu iş üzrə 19 polis nəfəri, cinayətin qarşısını ala və asayişi qoruya bilmədiyinə görə təqsirləndirilirdi. Onlar barədə hökm bazar günü çıxarılacaq.

Fərxunda əvvəlcə izdiham tərəfindən daşqalaq edilmiş, sonra isə onun cəsədi küçələr boyunca sürüklənmiş və yandırılmışdı.

Molla ilə mübahisə

Müstəntiqlər bildirirlər ki, insidentə əsas səbəb qadının bir molla ilə mübahisəsi olub.

Bu molla məşhur Şəhdü-Şəmşir pirinə gələn qadınlara xırdavat satmaqla məşğul idi. Fərxundanın məhz buna görə də molla ilə mübahisə etdiyi və yalnız bundan sonra Quranı yandırmaqda şərləndiyi bildirilir.

Məhkəmə Əfqanıstan dövlət telekanalı ilə canlı yayınlanıb.

Müttəhimlərdən bir çoxu bu yalanın təsiri altına düşdüklərini söyləyiblər.

Əfqanıstanda qadın hüquqlarının vəziyyəti acınacaqlı olsa da, Fərxunda hadisəsi yüz minlərlə fəalı hərəkətə gətirib.

Bu barədə daha geniş