Azərbaycanlı sahibkar Nizami Piriyev həbs olunub

Nərimanov rayon məhkəməsi işadamı barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirini seçib, mətbuat bildirir.

Nizami Piriyevə qarşı dələduzluq və ictimai əmlakın mənimsəməsilə bağlı ittiham irəli sürülüb, APA bildirir.

Cənab Piriyevin ittihamlara münasibəti məlum deyil.

Sahibkar “PNN Group” şirkətinin təsisçilərindəndir, APA-nın məlumatında qeyd olunub.

Agentliyə əsasən onun əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

Sahibkar həmçinin Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucularından biridir.