Morfi ev şəraitində hazırlana bilər

Fotonun müəllifi SPL
Image caption 10mg morfi dozasının alınması üçün 100 litr genetik modifikasiyaya məruz qalmış maya tələb olunur.

Nature Chemical Biology elmi jurnalında dərc olunmuş yeni tədqiqatın nəticələrinə əsasən genetik modifikasiya olunmuş maya vasitəsilə şəkəri hətta ev şəraitində də morfiyə çevirmək mümkündür.

İndiyədək təsirli terapevtik preparat sayılan morfinin yalnız xaşxaşdan hazırlanmasının mümkün olduğu düşünülürdü.

Lakin mutasiya olunmuş enzimlərdə genlərin əvəzlənməsi yolu ilə alimlərin yaratdığı yeni maya növü ev şəraitində morfi istehsalını pivə bişirmək qədər sadə işə çevirir.

Modifikasiya olunmuş maya qıcqırma prosesi gedən qaba tökülür, həmin mayanın qidalanması üçün qaba şəkər əlavə edilir.

Ekspertlərin sözlərinə görə bütün proses pivə bişirilməsini xatırladır, sadəcə, modifikasiyalaşdırılmış maya ilə bişirilən pivənin tərkibində morfi əmələ gəlir.

Fotonun müəllifi AFP
Image caption Morfinin ev şəraitində yaradılması pivə bişirlməsini xatırladır.

Alimlərin qeyd etdiyi kimi, yeni maya növü istənilən dərəcədə məhsuldar deyil.

Elmi məqalədə yazıldığı kimi 30 miliqram morfi istehsalı üçün təxminən 300 litr genetik modifikasiyadan keçmiş maya tələb olunur.

Ekspertlərin sözlərinə görə daha effektiv maya növünün yaradılmasını heç də çox gözləmək lazım gəlməyəcək, bu isə morfi istehsalını kütləviləşdirə bilər.

Bu səbəbdən də, çoxları genetik modifikasiyadan keçmiş maya istehsalını təcili olaraq tənzimləməyə çağırır.

Digərləri isə deyir ki, morfinin ev şəraitində istehsalının qarşısını almaq üçün bu maddəni ya dəyərdən salmaq lazımdır ki, onun hazırlanması şirnikləndirici olmasın, və ya elə bir maya yaradılmalıdır kı, onu yalnız laborator şəraitdə istehsal etmək mümkün olsun.