Meksikadan keçən tornado 13 nəfərin ölümü ilə nəticələnib

mexico_tornado Fotonun müəllifi BBC World Service

Meksikanın şimalından keçən şiddətli tornado 13 nəfərin ölümünə səbəb olub.

Ölənlərin 3-ü azyaşlıdır, bir uşaq itkin düşüb. 150 nəfər isə xəstəxanalara yerləşdirilib.

ABŞ-n Texas ştatının Del Rio şəhəri ilə sərhəddə yerləşən Ciudad Acuna şəhərindən keçən tornado yüzlərlə evə ziyan vurub.

ABŞ Ştatında isə daşqınlar müşahidə olunub, 3 nəfər həlak olub, itkin düşənlər var.