Miqrant böhranı: Aİ, üzv dövlətlərdən 40 000 mühacirə sığınacaq vermələrini istəyir

Fotonun müəllifi AFP
Image caption BMT Avropadan miqrantlara kömək etmək üçün daha çox iş görməsini istəyib

Avropa Komissiyası Aİ üzv dövlətlərinə müraciət edərək Suriya və Eritreyadan olan 40000 mühacirə növbəti iki il ərzində sığınacaq vermələrini istəyib.

Miqrantlar hazırda İtaliya və Yunanıstanda məskunlaşıb.

Komissiyanın son planına əsasən miqrantların əksəriyyəti Almaniya, Fransa və İspaniya tərəfindən qəbul olunmalıdır.

Avropaya gəlmiş miqrantların yenidən məskunlaşması üçün kvotadan istifadə olunması bəzi Aİ dövlətlərində narazılığa səbəb olub.

Britaniya hökuməti bildirib ki, o bu sistemdə iştirak etməyəcək.

Fransa, İspaniya, Macarıstan, Slovakiya və Estoniya da məsələ ilə bağlı narahatlığını ifadə edib. Son qərar Avropa parlamentinə seçkilərdən sonra Aİ hökumətləri tərəfindən veriləcək.

Danimarkanın plandan imtina etmək haqqı var. İrlandiya və Britaniya isə iştirakla bağlı qərar verə bilərlər.

Bu barədə daha geniş