BMT hesabatı: sülhməramlılar “əmtəə malları əvəzində seks” alverilə məşğul olub

Fotonun müəllifi Reuters

BMT sülhməramlıları vaxtaşırı seks qulluğu əvəzində əmtəə malı alverilə məşğul olublar.

BMT-nin daxili nəzarət xidməti departamentinin hesabatında deyilir ki, Liberiya və Haitidə yoxsulluq və aclıqdan əziyyət çəkən yüzlərlə qadın sülhməramlılara seks qulluğu göstərib.

Sülhməramlılara seks qulluğu əvəzində qadınlara paltar, daşq aş, mobil telefonlar və digər əşyalar verlib.

Hesabatın mətni Reuters jurnalistlərinə məlum olub.

Həmin hesabata əsasən, 2008-ci ildən başalayaraq 2013-cü ilədək 480 belə hadisə qeydə alınıb.

Hesabatda belə hadisələrin üçdə birinin azyaşlılarla baş verdiyi vurğulanıb.

"Ödənişli seks praktikası geniş yayılsada, bu barədə nadir hallarda məruzə edilib”, hesabatda deyilir.

Bu arada hesabatı əldə etmiş Assosiated Press agentliyi də BMT sülhməramlılarının "seks-əmtəə malları" alverindən yazıb.

Agentliyə əsasən, Haitidə 231 adam pul və mal əvəzində BMT sülhməramləlarna seks qulluğu göstərdiklərini bildirib.

"Sülhməramlılar ödənişdən imtina edəndə bəzi qadınlar onları bu barədə sosial şəbəkələrdə xəbər yayacaqları ilə hədələyirblər”, AP hesabatı iqtibas gətitrib.

Bildirildiyinə görə, 2014-cü ildə bucür hərəkətlərdə 51 sülhməramlı ittiham olunub, 2013-cü ildə isə belələrinin sayı 66 olub.

BMT Departamenti sülhməramlıların hərəkətinin kifayət qədər işıqlandırılmaması ilə bağlı narahtlıq bildirməklə yanaşı, son 10 il ərzində sülhməramlıların sayının kəskin artmasına baxmayaraq seksual istismar və təhqir halları sayının azaldığını qeyd edib.

Hazırda dünyanın boyu müxtəlif ölkələrində 125 min BMT sülhməramlısı yerləşdirilib.

Bu barədə daha geniş