Emin Hüseynov Azərbaycanı tərk edib

Fotonun müəllifi BBC World Service

10 aydır ki, İsveçrənin Bakıdakı səfirliyində qalan hüquq müdafiəçisi şənbə gününə keçən gecə Bern şəhərinə yollanıb, İsveçrə mətbuatı ölkənin Xarici İşlər Nazirliyinə istinadən bildirir.

Zurder Zeitung qəzetinə əsasən fəal Azərbaycan paytaxtını İsveçrə XİN rəhbəri Didier Burkhalter-in müşayiəti ilə tərk edib.

AŞPA prezidenti Anne Brasseur öz Twitter səhifəsində də xəbəri təsdiqləyərək bildirib ki, 10 aydır ki, Bakıdakı İsveçrə səfirliyində qalan Emin Hüseynov "təqibdən yayınmaq üçün" Azərbaycanı tərk edə bilib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Avropa Oyunları ərəfəsində azad olunması tələb edilən fəallardan biridir.

Ötən ilin avqust ayında onun rəhbərlik etdiyi institutun ofisi qanunsuz sahibkarlıq və vergidən yayınma iitihamları üzrə açılmış cinayət işilə bağlı axtarışdan sonra möhürlənib.

Avqustun 6-da Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulub və iki gün sonra fəalla əlaqə kəsilib. Bunun ardınca mətbuat Hüseynovun İsveçrə səfirliyində olduğunu bildirib.

Bu barədə daha geniş