Adolf Hitlerin rəsm əsərləri hərracda 400000 avroya satılıb

Fotonun müəllifi AFP
Image caption Neuschwanstein Qalası indi məşhur turist məkanıdır

Adolf Hitlerin çəkdiyi rəsm əsərləri Almaniyanın Nuremberq şəhərində keçirilmiş hərracda 400000 avroya satılıb.

Bavariyadakı Neuschwanstein qalasının təsvirini şənbə günü keçirilmiş hərracda çinli müştəri 100000 avroya alıb. Bu, əsərlər arasında ən baha satılanıdır.

Hitler tərəfindən imzalanmış qərənfil təsviri isə hərracda 72000 avroya satılıb.

Keçən il eyni məkanda keçirilmiş hərracda Hitlerin 1914-cü ildə suluboya ilə çəkdiyi əsər 129000 avroya satılmışdı.

Hərrac Nuremberqdə “Weidler Auctioneers” tərəfindən təşkil edilib.

Hərracda iştirak edən alıcıların Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Almaniyadan olan investorlar olduğu bildirilir.

Fotonun müəllifi AFP
Image caption Digər əsərlər qərənfil dəstəsi (solda) və Vyanada kilsə təsviridir

Hərrac alıcıların və ya satıcıların kimliyini açıqlamayıb.

Hitler orta səviyyəli rəssam hesab edilsə də, onun əsərləri satışa çıxarılan zaman böyük məbləğə satıllır.

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti xəbər verib ki, Hitlerin əsərləri alman qanunlarına görə, əgər heç bir faşist simvolu nümayiş etdirmirsə, satıla bilər.

Qəzet bildirib ki, əsərlərin Hitlerə məxsus olduğu güman edilir və onların əksəriyyətinin üzərində “A Hitler” imzası var. Lakin o da bildirilib ki, Hitler əsərlərinin çoxlu saxta nüsxələri də mövcuddur.

Gələcək diktator 1900-cü illərdə Vyana İncəsənət Akademiyasına qəbul olmaq üçün müraciət edib, lakin iki dəfə rədd cavabı alıb.

Bundan sonra o, Almaniyada hərbi xidmətə başlayıb və 1933-1945 –ci illərdə siyasi lider olub, İkinci Dünya Müharibəsini başladıb və milyonlarla insanın ölümünə səbəb olub.

Bu barədə daha geniş